Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Cəlilabad rayon Maşlıq kənd sakini Nəsirov Telman Əlisahib oğlunun Moderator.az ”“ a ünvanladığı şikayət məktubuna münasibət bildirib.xa0
Orxan Mansurzadə Moderator.az-a açıqlamasında bildirib ki, cari il aprelin 1-də saat 10 radələrində Telman Məmmədov sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-21013”x9d markalı 42 BL 618 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Cəlilabad rayonunun ərazisindən keçən hissəsində Astara istiqamətində hərəkətdə olarkən əks zolağa çıxıb və Telman Nəsirovun idarə etdiyi “VAZ 2106”x9d markalı 10 XN 046 qeydiyyat nişanlı avtomobillə toqquşub: "Nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü Telman Nəsirov və sərnişini Fatimə Nəsirova az ağır dərəcəli xəsarət alıblar. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləssinin 263-1.1 maddəsi ilə cinayət işi başlanılıb. Hazırda tərəfləri göstərdiyi xüsusatlar və işin digər halları araşdırılmaqla istintaq davam etdirilir.
T.Nəsirovun müstəntiq tərəfindən T.Məmmədova guya kömək göstərilməsi barədə iddiaları həqiqətdən uzaqdır. Telman Məmmədovun əməlinə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası artıq öz rəyini verib. Ekspertizanın rəyinə əsasən, T.Məmmədovun hərəkətlərində "Yol hərəkəti haqqında" qanunun tələbləri ilə uyğunsuzluq müəyyən edilib və o, sözügedən qəza hadisəssisnin törədilməsində günahkar bilinib".