Ev dustaqlığında olan keçmiş prokurorluq əməkdaşı Rüfət Səfərov vəkili Bəhruz Bayramova və daha bir tanınmış hüquqşünas Müzəffər Baxışova Vəkillər Kollegiyası tərəfindən verilən cəzaya etiraz əlaməti olaraq Moderator.az-a aşağıdakı qısa mətni göndərib və onun saytda yayınlanmasını xahiş edib:
"Azərbaycan rəsmiləri hüquqa total surətdə hücuma keçiblər. Hüquq ayaqlar altında inlədilir, mudafiəsiz insanlar kimsizliyə sürüklənir. Çünki rəsmilər müdafiədən deyil, ittihamdan yanadırlar. Bu gün əziz dostum və xa0qardaşım Bəhruz Bayramova töhmət, silahdaşımı Müzəffər Baxışa xa0çıxdaş elan etdilər. Baxmayaraq ki, mən də bu rəsmilərin ev dustaqlıqığındayam, fəqət qorxmadan deyirəm ki, buraxın bu aşırı vicdansızlığı, buraxın bu sərtliyi! Elə bilirsiniz ki, bu tərzlə həqiqəti susdurmağa nail olacaqsınız? Elədirsə nahaq! Həqiqət deyilən bir varlıq vardır ki, onun tərs üzü çox acımasız olur!"
Elşad Allahverdiyev