"Makler qızı aldatdı və pozğun yola qurşandırdı"

Çoxdan idi ki, gecə həyatı yaşayan birisinin həyatından yazmaq  istəyirdim. Ancaq bu mənimçün hərtərfəli çətin idi, həm gecə evdən çıxa bilməzdim, həm də kim idi mənimlə həmsöhbət olan. Nəhayət ki, bu istəyim baş tutdu. Gecə klublarının birinə getməyimə ehtiyac belə qalmadı, elə günün günotra çağı qəsəbə poliklinikasında axtardığımı tapdım.

Cərrahın qəbul otağının qarşısındakı divanda əyləşib növbəmi gözləyirdim. Beş-on dəqiqə keçmişdi ki, iki qadın arıq, çəlimsiz bir qızın qolundan tutub demək olar ki, sürüyə-sürüyə gətirib düz yanımda oturtdular. Qızın üz-gözü elə haldaydı ki, sanki avtomobil qəzasına düşmüşdü. Əynində gödəkcə olsa da hiss olunurdu ki, bədəni də sifətinin günündədir.  Qolları qalxmırdı, addım ata bilmirdi, heyi-hərəkəti belə yox idi. Qızı divana yerləşdirəndən sonra onu gətirən qadınlar öz aralarında danışmağa başladı. Biri çox əsəbiydi, hirslə o birisini danlayırdı: “Sənə demişdim axı, tanımadığım adamı kirayə saxlamıram. Bax, gör başıma nə oyun açdın. Bu ölüb-eləsə mən polisin cəngindən çıxa biləcəyəmmi? Məni necə zibilə salmısan indi elə də təmizlə zibilini. Bu gündən o mənim evimdə qala bilməz daha”x9d.

Digər qadın gecikmədən dilləndi: “Az, onun pulunu, qazandığını yeyən mən idimmi ki, indi də məni günahkar çıxarırsan. Mən gördüm kirayə ev axtarır, səni salıq verdim. Yoxsa nəyimə lazım idi ki. Bir ildir qızı zəli kimi sorursan, həm evində işlədirsən, həm də çöldən qazandığını basıb yeyirsən. Heç onda məni yadına salmırdın, polisdən qorxmurdun, indi nə tez yadına düşmüşük? Elə bu qızı pis yollara da sən saldın. Sənin tapdığın “makler”x9d qızı aldatdı, sonra da aparıb pozğun yola qurşandırdı. Onda bilmirdinmi ki, bir gün belə olacaq?”x9d

Qadınlar qızı unudub bir-birlərini didişdirirdilər, onları dinlədikcə də qızın gözündən  yaş sellənirdi. Sakitcə qızın qulağına pıçıldayıb soruşdum ki, onu kim bu hala salıb. Ancaq dillənmədi, heç mən tərəfə baxmadı belə, gözlərini də, dodaqlarını da sıxıb oturdu. Elə bu vaxt cərrahın yanındakı xəstə otaqdan çıxdı və mənim növbəm çatdı. Qızın ağrıya dözə bilmədiyinə görə onu özümdən əvvəl həkimin qəbuluna salmaq istədim. Həm də bəlkə içəridə nə olduğunu öyrənə bilərəm deyə düşündüm. Qadınlardan birini köməyə çağırdım, qızın qolundan tutub həkimin otağına saldıq. 

Uzun illərin peşəkar cərrahı qıza baxıb “Bunu bura niyə gətirmisiniz? Təcili yardım çağırıb Sabunçu xəstəxanasına aparmalıydınız. Elə indi də gec deyil, götürün Sabunçuya, mən indi göndəriş də yazaram”x9d - dedi. Qadınlardan biri dilləndi ki, ay doktor, hamamda yıxılıb, Sabunçuya niyə aparaq ki, siz qolunu gipsə qoyun, bəs edər. Həkim masasına keçib göndəriş yazmağa başladı, bu vaxt qızın bayaqdan bəri bağlanmış ağzının qıfılı qırıldı sanki: "Həkim, Sabunçuya göndərməyin lütfən, polislər o qədər çək-çevirə salacaqlar ki". 

Həkim hirslə cavab verdi: “Mən də tibbi yardım göstərmiş olsam belə polisə məlumat verəcəm. Həm də sən mütləq xəstəxanada yatmalısan, bu hamamda yıxılmaq məsələsi deyil. Başqalarını aldada bilərsiz, ancaq məni yox. Səni döyüb bu hala salıblar, xəstəxanaya get, mülaicə al, döyənlər də cəzalarını çəksin”x9d.

Qız ağlamağa başladı, qadınlar da bir-birlərinə baxıb gözlərini bərəltdilər. Biri o birisinə astadan pıçıldadı: “İndi nə edəcəyik, bölmələrdə sürünə biləcəyikmi?”x9d.  Qadınlar qızın qolundan tutub gətirdikləri kimi də bayıra çıxartdılar. Həkimə gəldiyimi unudub onların ardıyca düşdüm. Pilləkənlərin başında dayanıb nə danışdıqlarına qulaq verdim. Anladım ki, qız qadınlardan kök olanının evində kirayə qalırmış. Qadın qızı pis yola salıb, indi qız gecələr cinsi xidmət göstərir. Dünən gecə getdiyi kişi sərxoş olub qızı vəhşi kimi döyüb. Deyəsən qadına pul verib ki, qızı həkimə aparsın, qadın da qorxusundan xəstəxanaya yox, poliklinikaya gətirib. Pillələri düşə-düşə o biri qadına deyirdi ki, göndərişi cır tulla, onsuz da xəstəxanaya aparan deyiləm, gedək sınıqçıya. O biri qadın da onun sözünü ağzında qoyub deyirdi ki, onsuz da indi həkim bizim ardımızca polisə xəbər edəcək, bəlkə də evə çatanda bizdən qabaq polislər qapıda olacaq. Bundan sonrasını pıçıltıyla söylədiklərindən nə danışdıqlarından xəbərim olmadı. Həkimin otağına qayıtdım, qadın haqlı idi, artıq həkim polisə xəbər vermişdi...

Rumiyyə Miraslan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın tərəfdarı Kolumbiyada yeni president kimi TƏSDİQLƏNDİ

Trampın tərəfdarı Kolumbiyada yeni president kimi TƏSDİQLƏNDİ

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Paşinyan: "TRİPP-in inşasına bu il start veriləcək"

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Bədii gimnastika üzrə çempionatda Rusiya bayrağı və himni qadağan edildi

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Fransa Rusiyanın “kölgə donanması”na aid gəmini belə saxladı – ANBAAN VİDEO

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi

Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya məxsus daha 762 dron vurulub

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya məxsus daha 762 dron vurulub

Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Kişilərin həmişə qadınlarından çox olduğu ŞƏHƏRİMİZ: Bəs niyə adına LƏNG deyilirdi? – TOPONİMLƏR

Kişilərin həmişə qadınlarından çox olduğu ŞƏHƏRİMİZ: Bəs niyə adına LƏNG deyilirdi? – TOPONİMLƏR

"Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

"Sülh bərqərar olunub və onu qorumaq lazımdır" - Paşinyan

Bella və Cici Hadidin 62 yaşlı anası 3-cü dəfə ailə qurur – VİDEO

Bella və Cici Hadidin 62 yaşlı anası 3-cü dəfə ailə qurur – VİDEO

Zəlzələ şəhəri iki hissəyə böldü – VİDEO

Zəlzələ şəhəri iki hissəyə böldü – VİDEO

Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

Tramp Ağ Evdəki ən dəbdəbəli yataq otağı üçün Melaniya ilə yarışırmış – ŞOK İDDİALAR

"Qarabağ hərəkatını" dirçəltmək cəhdləri xalqı yeni avantüraya sürükləməkdir - Paşinyan

"Qarabağ hərəkatını" dirçəltmək cəhdləri xalqı yeni avantüraya sürükləməkdir - Paşinyan

Prezident hərbi qulluqçularla bağlı qanunu TƏSDİQLƏDİ

Prezident hərbi qulluqçularla bağlı qanunu TƏSDİQLƏDİ

Regionlarda həkim çatışmazlığı ilə bağlı TƏHLİL aparılır

Regionlarda həkim çatışmazlığı ilə bağlı TƏHLİL aparılır

Balın xarlaması onun saxta olması demək deyilmiş

Balın xarlaması onun saxta olması demək deyilmiş

Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Bakıda 3 nəfər 55 kq narkotiklə tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Xəstəxanalarda növbə olmayacaq

Xəstəxanalarda növbə olmayacaq

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ukraynaya 90 milyard avroluq kreditin köçürülməsinə başlandı - Lyayendən AÇIQLAMA

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Ermənistanda hökumətin tərkibi dəyişməz qalacaq - Paşinyan

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

End of content

No more pages to load

RADİO