Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham - FOTOLAR

Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçilərinin adından Moderator.az-a aşağıdakı məzmunda ağır ittihamlarla dolu şikayət məktubu daxil olub. 

İttihamların həqiqəti əks etdirib - etdirmədiyini yoxlamaq imkanından məhrumuq, düşünürük ki, müvafiq qurumlar bunu araşdırıb iddiaların doğru olub-olmadığına qiymət verə bilərlər. Amma bəri başdan ittiham olunan baş həkimin də mövqeyini olduğu kimi təqdim etməyə hazı olduğumuzu bildiririk:
                                             
                                           

"Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışan Emin Hüseyn əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə Astara RMX-də korrupsiya, özbaşınalıq və səriştəsizlik halları baş vermişdir. 2 milyon manat vəsaiti mənimsədiyinə görə və Astara sakinlərinin çoxsaylı şikayətləri nəticəsində, 2015-ci ildə vəzifəsindən azad edilərək Qobustan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat almışdır.

Məlum olmuşdur ki, Emin Hüseyn 22.08.1979-cu ildə Bakı şəhərində anadan olub, əslən Gürcüstan Respublikasındandır. Bakı şəhərində 132 saylı orta məktəbdə, Azərbaycan Tibb Universitetinin Oftalmologiya fakültəsində və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təhsil almışdır.
Emin Hüseyn, 2001-ci ildə Müsavat Gənclər Təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə namizəd olmuş, 117 nəfər konfrans nümayəndələrindən 34 səs toplayaraq seçkidə məğlub olmuş, təşkilatın o zamankı sədri - Emin Əlisoyla koalisiyaya girərək təşkilat sədrinin birinci müavini postuna təyinat almış və yalnız 2015-ci ildə Müsavat Partiyasının Səbail Rayon Təşkilatının üzvlüyündən imtina etmişdir.
Mütəmadi olaraq siyasi əqidəsini dəyişən Emin Hüseyn sosial şəbəkələr vasitəsilə erməni mənşəli qadınlarla yazışaraq sevgi macərası yaşayır, ölkə xaricinə səfərləri zamanı isə onlarla görüşərək eyş-işrət məclislərində iştirak edir.

Emin Hüseynin hazırda Qobustan RMX-də Kadrlar şöbəsinə təyin etdiyi işçi - Esmira Abdullayeva ( ad şərtidir- xanımın gerçək ad-soyadını yazmağı doğru hesab etmədik-red.) ali təhsili və tibbi ixtisası yoxdur. Emin Hüseyn digər qadınla ailəli olsa da, Esmira Abdullayeva ilə Bakı şəhərində xəlvəti yerdə aldığı ünvanda vətəndaş nikahı ilə yaşayırlar. Esmira Abdullayeva ilə Emin Hüseynin tanışlığı Astara RMX-də işləyərkən yaranıb. Esmira Abdullayeva, Qobustan RMX-də işçilərlə kobud davranır, onların maaş kartlarını məcburi formada əllərindən alaraq maaşlarını özünə götürür, bəzi işçilərdən isə aylıq 20 manat məbləğində rüşvət tələb edərək baş həkimə təqdim edir. Həmçinin, Esmira Abdullayevanın eks həyat yoldaşı, onların övladları, valideynləri və rəfiqələrinin adları RMX-də işçi kimi qeyd edilsə də, iş yerinə gəlmədən aylıq maaşlarını alırlar.

Qobustan RMX-də Emin Hüseyn tərəfindən həyata keçirilən müxtəlif saxtakarlıq halları nəticəsində müxtəlif işçilərin xəbərləri olmadan onların guya hansısa tibb müəssisələrinə kurslara ezam edilməsi üçün hər ay 50 manat pul silinir. Səhiyyəyə aid xəstəlik bülletenləri və sürücülük vəsiqələri üçün tibbi arayışlar müvafiq reyestr qeydiyyatı aparılmadan 50 - 100 manat rüşvət müqabilində vətəndaşlara təqdim edilir, xəstəxana üçün ayrılan cari xərclər və yanacaq təminatı saxta sənədlər əsasında mənimsənilir.

Guya xəstəxanada hər ay 50 nəfərə yaxın xəstənin ambulator müalicə aldığını göstərən saxta sənədlər tərtib edilərək onlar üçün ayrılmış dərman vəsaitləri, yemək və istilik xərcləri, uşaq fondu üçün ayrılan pul və dərman vəsaitləri hər ay ərzində Emin Hüseyn tərəfindən şəxsi məqsədləri üçün istifadə edilir. Bundan əlavə, Emin Hüseynin göstərişi ilə, Qobustan rayon sakinlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Qobustan Şöbəsindən pensiya almaları üçün əlillik dərəcələrinin təyinatı zamanı hər şəxsdən 200 manat rüşvət tələb edilir.

Dini ibadətlə məşğul olmağına baxmayaraq, baş həkim Emin Hüseyn xəstəxanada çalışan tibb işçilərindən hər ay rüşvət tələb etməklə onların şəxsiyyətini alçaldır, buna qarşı çıxanları isə təhqir edərək hədələyir. Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaş kartları da baş həkimin şəxsi cibinə xeyir gətirir.

Baş həkim xəstəxananın Təklə, Sündü, Ərəbşalbaş, Cəyirli, Cəmcəmli, Qurbançı, Nabur, Şıxzahırlı, Xilmilli, Bədəlli, Yekəxana, Poladlı, Çalov, Ərəbqədim, Dərəkənd və Cəngi kəndlərində yerləşən məntəqələrinə ayrılan dərman və pul vəsaitlərini də gündəlik xərclərini ödəməsi üçün əlavə gəlir mənbəyi kimi istifadə edir, mühasibatlıq vasitəsilə pul ayırmalarını özünə sərf edən istiqamətlərə yönəldir. Bununla yanaşı, RMX-nin nəzdindəki Konsultativ Poliklinikanın şöbə müdiri - Qurban Kərimovla əlbir olaraq, Poliklinikaya ayrılan pul vəsaitlərini də şəxsi məqsədləri üçün istifadə edir. Bu işdə Qurban Kərimov ona yaxından köməkliyini göstərir.

Xəstəxananın İdarəetmə aparatı, Mühasibatlıq, Konsultativ Poliklinika, Psixonevroloji, Vərəm və Stomotoloji Kabinetləri, Təsərrüfat, Ümumi xəstəxana, Qeydiyyat, Fizioterapiya və tibbi bərpa, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Şüa-diaqnostika, Stasionar, Cərrahiyyə, Terapiya, Pediatriya, Mama-ginekologiya, Anesteziologiya və Reanimasiya, Yoluxucu xəstəliklər və Əczaçılıq şöbələrində özbaşınalıq, süründürməçilik, rüşvətxorluq halları rayon sakinlərinin haqlı hiddətinə səbəb olmuşdur.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri olaraq, biz, Prezidentimiz cənab İlham Əliyev və Səhiyyə nazirimiz cənab Oqtay Şirəliyevdən yuxarıda qeyd etdiyimiz qanunsuzluğun və korrupsiya faktlarının qarşısının alınmasını, Emin Hüseynin barəsində qanuni tədbir görülməsini xahiş edirik".
Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11948.jpg">Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11949.jpg">Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11950.jpg">Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11951.jpg">Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11952.jpg">Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11953.jpg">Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11954.jpg">Qobustan RMX-nın baş həkimi haqqqında ağır ittiham <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/11955.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Filenin Sultanları” tarix yazdı - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

“Sea Breeze”də britaniyalı müğənninin adına olan ulduzun açılışı oldu - FOTO

Bakıya gələn erməni idmançıların FOTOSU

Bakıya gələn erməni idmançıların FOTOSU

End of content

No more pages to load

RADİO