Bu gün Mərkəzi uşaq kitabxanasında Xalq şairi S.Rüstəmin 110 illik yubileyi münasibətilə "Xoşbəxt nəsillərçin yaxşı ki, varam”x9d adlı şeir müsabiqəsi keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə tədbirin aparıcısı multimedia mütəxəssisi Leyla Məmmədli Azərbaycanın Əməkdar İncəsənət xadimi, xalq şairiS.Rüstəmin həyatı və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra qiraət müsabiqəsi açıq elan edilib. Müsabiqədə 15 oxucunun təqdim olunan çıxışı münsiflər heyətinin üzvləri ”“ AYB Sumqayıt bölməsinin məsləhətçisi, şairə Gülnarə Cəmaləddin, 12 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi İradə Quliyeva, S.Vurğun adına Mərkəzi Kitabxananın baş metodisti Natəvan Axundzadə tərəfindən qiymətləndirilib.
Qiraət müsabiqəsində ən yüksək balla 5 saylı məktəbin 7A sinif şagirdi Fidan Axundzadə "Qarabağ mahnısı”x9d şeiri ilə birinci yerə, 12 saylı məktəbin 7Asinif şagirdi Şamxal Hüseynzadə "Vətən eşqi”x9d şeiri ilə ikinci yerə, 18 saylı məktəbin 7B sinif şagirdi Ramazan Əsgərxanov "Mübarizə elan edirəm”x9d şeiri ilə üçüncü yerə layiq görülüblər. Fərqlənən iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub.
Natəvan Axundzadə qiraət müsabiqəsinə yekun vuraraq qalibləri təbrik edib, tədbirin yüksək səviyyədə təşkili üçün Mərkəzləşdirilmiş Kitabxana Sistemi adından hər iki kitabxana əməkdaşlarına və maddi dəstəyə görə Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Kоmitəsinə minnətdarlığını bildirib.
Sonda çıxış edən Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva tədbirin hazırlanıb ərsəyə gəlməsində yaxından köməyi olan 5, 18, 38 saylı məktəblərin kitabxanaçılarına öz dərin təşəkkürünü bildirib, digər yer tutmayan şagirdlərə yeni-yeni uğurlar arzulayaraq ruhdan düşməmələrini tövsiyə edib.
Xatırladaq ki, qiraət müsabiqəsində şəhərin 1,5, 12, 18, 38 saylı məktəblərin şagirdləri iştirak ediblər.



