Nazir balaları harada hərbi xidmət keçir?

Qabil Hüseynli: “Ən azından onların Bakıda, Sərhəd Qoşunlarında xidmət etməsi barədə xəbərlər var”x9d

Müdafiə naziri Zakir Həsənovun nazir övladlarını da orduya çağırması barədə general-leytenant Yaşar Aydəmirovun fikirləri gündəmin əsas mövzularından birinə çevrilib.

İndiyə qədər iri ranqlı dövlət məmurlarının, eləcə də, imkanlı şəxslərin övladlarının orduya getməməsi, yaxud adlarını yalnız hərbi hissələrdən birinə yazdırmaları, əvəzində kasıb balalarının orduya aparılması kimi cəmiyyətdə gəzən fikirlər daim gündəmdə olub. Bunun fonunda nazir övladları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə qığılcım oyadıb.

Çoxları hesab edir ki, bu amil hazırda dünya ölkələri arasında 50-ci yerdə olan Azərbaycan ordusunun müharibə əhval-ruhiyyəsini daha da artıracaq, nəticədə torpaqlarımızın azad edilməsi istiqamətində güclü ordu formalaşacaq.xa0

Hər kəsin bərabərhüquqlu olduğu yerdə inkişaf daha yüksək olur. İri ranqlı məmurlardan hansının övladının orduya çağırması hələlik ictimaiyyətə açıqlanmasa da, buna inanmaq mümkündür. Çünki Zakir Həsənov nazir postuna gəldiyi gündən Azərbaycan ordusunun əvvəlkindən qat-qat irəliyə getdiyi açıq şəkildə görünür.

Müdafiə Nazirliyinin yayılan xəbərlərə münasibətini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı orduda nazir övladlarının qulluq edib-etməmələrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən soruşmağımızı uyğun bildi.xa0Həmin qurumdan isə zənglərimizə cavab verilmədi.


Politoloq Qabil Hüseynli yayılan xəbərlərin həqiqəti əks etdirdiyini söylədi:xa0“Zakir Həsənov nazir gələndən bəri orduda böyük islahatlar həyata keçirilir. Ordunun maddi, texniki təchizatı ölçüyəgəlməz dərəcədə yüksəlib. Döyüş hazırlığı və ruhu xeyli artıb. Bu gün Azərbaycan ordusu dünya orduları arasında 50-ci yerdədir. Çox böyük uğurdur. ABŞ-ın ”x9dStratfor" Araşdırmalar Mərkəzi qeyd edir ki, Azərbaycan ordusu hissə-hissə Dağlıq Qarabağı geri qaytarır. Yaxınlarda Qazaxda ən böyük yüksəklik ordumuz tərəfindən ələ keçirildi. Həmin yüksəklikdən Qarabağa, Ermənistan ərazisinə nəzarət etmək mümkündür. Təmas xəttindəki qarşıdurmalarda daim Azərbaycan ordusu üstünlüyü əldə saxlayır. Erməni postları da kilometrlərlə geri çəkilmək məcburiyyətində qalırlar.

Bundan arxayınlaşmaq olmaz. Məmur övladlarının orduda xidmətə cəlb olunması həqiqətə çox yaxındır. Çünki onların orduya çağırılması Zakir Həsənov nazir gələndən sonra həyata keçirilməyə başlayıb. Ola bilsin ki, onlar Murovdağ və digər təmas xətlərində xidmət keçməsinlər. Ən azından onların Bakıda, Sərhəd Qoşunlarında xidmət keçməsi barədə xəbərlər var. Çətin vəziyyətdə həmin şəxslərin özləri üçün imtiyazlı vəziyyət yaratmaq cəhdləri danılmazdır.xa0

Amma bunlara baxmayaraq, ümumi qaydalara əməl edirlər. Ona görə də, orduda əhval-ruhiyyəni artıran amillərdən biri məhz budur. İnsanlar hərbidə ayrı-seçkiliyin olmadığını, nazir övladlarının da hərbi xidmət keçdiyini gördükcə, onlarda orduya ciddi inam yaranır. Əsgərlər də daha yüksək səviyyədə döyüş hazırlığını və digər işləri həyata keçirirlər. Azərbaycan ordusunun ən böyük uğurlarından biri odur ki, ümumxalq ordusunda heç kəsin yüksək imtiyazı yoxdur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

End of content

No more pages to load

RADİO