İlham Əliyev 2 sərəncam, 2 fərman imzaladı

Prezident İlham Əliyev E.Q. Nuriyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə”x9d ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
 
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
 
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Eldar Qasım oğlu Nuriyev 2-ci dərəcəli “Vətənə xidmətə görə”x9d ordeni ilə təltif edilsin".
 
18:58
 
İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Ceyhun Hacıbəylinin milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm xidmətlərini nəzərə alaraq qərara alıram:
 
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
 
***
 
İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
 
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
1.2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”x9d Azərbaycan Respublikası Qanununun 19-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda aktivlərin dondurulması ilə əlaqədar işlər üzrə icraatın aparılması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
1.3. həmin Qanunun 19-1.10-cu maddəsinə uyğun olaraq aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
 
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
3. Müəyyən edilsin ki:
 
3.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”x9d Azərbaycan Respublikası Qanununun 1.0.17-ci və 19-1.10-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
 
3.2. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində (birinci halda), 19-1.2-ci, 19-1.3-cü, 19-1.4-cü və 19-1.9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir;
 
3.3. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
 
3.4. həmin Qanunun 7.3-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ölkədaxili siyahısına münasibətdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin beynəlxalq siyahısına münasibətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir".
 
***
 
İlham Əliyev “Yol hərəkəti haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
 
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
 
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
 
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında”x9d Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”x9d Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
3. Müəyyən edilsin ki:
 
3.1. “Yol hərəkəti haqqında”x9d Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
 
3.2. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
 
3.3. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 4-cü bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

End of content

No more pages to load

RADİO