Həbib Ələkbərsoyun seçki platforması açıqlandı

1 noyabr 2015-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyasının millət vəkilliyinə namizədi
Ələkbərov Həbib Müzəffər oğlu (Həbib Ələkbərsoy)

Təvəllüd: 06 avqust 1979
Doğulduğu məkan: Şahbuz
İxtisas: İqtisadiyyat
Elmi dərəcə: Magistr
Fəaliyyəti: Siyasət

Həbib Ələkbərsoy - nüfuzlu yazar, ictimaiyyətçi, iqtisadçı ekspert, siyasətçi, türkçülük ideologiyasının və Bütöv Azərbaycan məfkurəsinin aparıcı simalarındandır.xa0
Həbib Ələkbərsoy dövlət orqanlarında vəzifələrdə çalışmış, bir neçə nüfuzlu qəzet və saytlara rəhbərlik etmiş və bir neçə telelayihənin layihə rəhbəri və məsləhətçisi olmuşdur. Türk millətçisi kimi tanınan H.Ələkbərsoy 1999-cu ildə yaranmış Gənc Türklər Hərəkatının, daha sonra isə həmin hərəkatın bazası əsasında yaranmış Türk Hərəkatı İctimai Birliyinin sədridir.
Sayokan Türk Döyüş Sənəti üzrə Respublika birincisi olub.
Azərbaycan Alpağut İdman Federasiyasının idarə heyətinin üzvüdür.
Milli Dirçəliş Hərəkatı Partiyasında İdeoloji işlər üzrə sədr müavinidir.

Milli Dirçəliş Hərəkatı Partiyası olaraq biz 9 saylı Binəqədi ikinci seçki dairəsində Parlament seçkilərində sizin dəstəyinizlə qələbə qazanarıqsaxa0

Biz “asfalt salıb”x9d, “lift düzəltməyəcəyik”x9d...
Lakin,

- Millət vəkiliniz kimi sizin aranızda olacağıq.
- Bütün müraciət və təkliflərinizlə birbaşa tanış olub lazımi tədbirlərin alınmasına çalışacağıq.
- Binəqədinin sosial-iqtisadi inkişafına nail olmaq üçün, “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına”x9d Binəqədi ilə bağlı konkret əsaslı təkliflər veriləcək və qəbuluna çalışacağıq.
- Ərazidə olan bütün nöqsanların cavabdeh orqanlar tərəfindən dərhal aradan qaldırılmasını tələb edəcəyik.
- Ərazidə kiçik müəssisələrin açılmasına və işsiz sakinlərin orada işlə təmin olunmasına çalışacağıq.
- Ərazidə idman komplekslərinin, məhəllə stadionlarının, gənclər evlərinin, qocalar evlərinin, mədəniyyət evlərinin və s. tikilməsinə çalışacağıq.
- Ərazidə olan bütün bağçaların, məktəblərin, mədəniyyət evlərinin və ictimai iaşə obyektlərinin təmir edilməsinə çalışacağıq.xa0
- Bələdiyyə və icra orqanlarından üzərlərinə düşən işlərin öhdəsindən gəlmələrini tələb edəcəyik.
- Bütün ölkə üzrə Bələdiyyə avtobuslarının yaradılmasını və sərnişinlərin gur olduğu saatlarda dövriyyəyə çıxaraq əhaliyə xidmət göstərmələrini tələb edəcəyik.
- Bələdiyyə müəssisələrinin yaradılması təklifi ilə çıxış edəcəyik.
- Ümumiyyətlə, Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına, yerli özünüidarəetmənin icra orqanlarından daha səlahiyyətli olmasını təklif edəcəyik.
- Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün MDHP-nin mövcud sosial siyasət konsepsiyasının tətbiqinə çalışacağıq.
- Yaşayış minimumunun və ehtiyac meyarının real bazara uyğun olmasına çalışacağıq.
- Pensiya yaşının aşağı salınmasına çalışacağıq.
- Doğuşa görə birdəfəlik ödənişlərin tətbiqi və müavinətlərin bərpasına çalışacağıq.xa0
- Azərbaycanda 20-30 faizlə kreditlərin verildiyi bir vaxtda, xaricdə 3 faizlə dövriyyəyə verilmiş neft pullarının tam olaraq ölkəyə gətirilməsi və elə 3 faizlə də gənclərə biznes məqsədli kreditlərin verilməsinə çalışacağıq.
- Gənclərə faizsiz uzunmüddətli ipoteka şərtləri ilə torpaq sahələrinin ayrılmasına çalışacağıq.
- İpoteka şərtlərinin maksimum sadələşdirilməsi və sosial həyata uyğunlaşdırılmasına çalışacağıq.
- Təhsilin səviyyəsinin artırılması ilə bağlı MDHP-nin təhsil konsepsiyasının şərtlərinin qəbuluna çalışacağıq.
- Maarifləndirməni genişləndirmək və artırmaq məqsədiylə xüsusi dövlət proqramlarının hazırlanmasını təklif edəcəyik. Proqrama konseptual təkliflər verəcəyik. Bura daxildir televiziyalar və mətbuatda təbliğatdan başlamış, müxtəlif sahələr üzrə oxu zallarının yaradılmasından, dayanacaqlarda kitab rəflərinin qurulmasına qədər olan maarifləndirməyə xidmət edəcək ən müxtəlif təkliflər.
- Univerisitetlərə qəbul imtahanlarının maksimum sadələşdirilməsi, semestir imtahanlarının isə kifayət qədər ciddiləşdirilməsini təklif edəcəyik.
- Təhsil haqqlarının aşağı salınmasına çalışacağıq.
- Ölkədən beyin axınının qarşısının alınması təkliflərini verəcək, elm adamlarımızın ölkəyə qaytarılması mexanizmini təqdim edəcəyik.
- Tələbə şəhərciklərinin və yataqxanalarının tikilməsi və bununla da tələbə valideynlərini yüksək kirayə haqqı ödəməkdən qurtarmağa çalışacağıq.
- Müəllimlərin və həkimlərin əmək haqqlarının artırılmasına çalışacağıq.
- Hökumətin gəncləşdirilməsi ilə bağlı əsaslı təkliflər irəli sürəcəyik.
- Korrupsiyanın aradan qaldırılması konsepsiyası irəli sürəcəyik.
- Neftsiz büdcənin formalaşdırılması tərəfdarı kimi təkliflər irəli sürəcəyik.
- Məhkəmə islahatlarının aparılması, müstəqil hakimlik institutunun və məhkəmə fondunun formalaşmasına, eyni zamanda hesabat vermək şərti ilə hakimə şəxsi tələbatına uyğun vəsaiti götürə bilmə səlahiyyətinin verilməsinə çalışacağıq.
- Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin ATƏT-dən alınıb BMT-yə verilməsi ilə bağlı məsələ qaldıracağıq və hökumətdən müharibənin ən qısa zamanda yekunlaşmasını tələb edəcəyik.
- Azərbaycanın bütün dünya dövlətləri və beynəlxalq təchizatlarla münasibətlərinin paritet əsaslarla qurulması və qarşılıqlı bərabərhüquqlu yürüdülməsini tələb edəcəyik.
- Soydaşlarımıza layiqincə sahib çıxma siyasətinin yürüdülməsini təmin etmək, Azərbaycan Respublikasını dünya azərbaycanlılarının öz dövləti, ümid yerinə çevirmə siyasətini Parlamentdə təmin etmək bizim əsas məqsədimiz olacaq.
- Türk dünyasına inteqrasiyanın sürətləndirilməsi və münasibətlərin iqtisadi, siyasi və hərbi müstəvidə qurulmasını təklif edəcəyik. Vahid ordunun, vahid pulun formalaşması, siyasi blokların səlahiyyətləndirilməsi və ortaq dilin təbliğinin genişləndirilməsi ilə bağlı konseptual təkliflər irəli sürəcəyik.

Təkliflərimiz və məqsədlərimiz sonsuzdur. Lakin, təqdim etmə imkanlarımız məhduddur...
Biz bu təkliflərin həyata keçirilməsi üçün Parlamentdə təkcə MDHP-nin deputatları ilə deyil, bu düşüncəni dəstəkləyən bütün millət vəkilləri ilə birgə fraksiya yaratmağa çalışacağıq. O fraksiyada həm bitərəflər ola bilər, həm hazırkı hakim partiyanın deputatları, həm də digər partiyalardan. Məqsədimiz Milli Düşüncəni hakimiyyətə gətirməkdir!

Qeyd: 2010-2015-ci illər Milli Məclisin 4-cü çağırışında MDHP-ni təmsil edən cəmi 1 deputat - partiya sədri, millət vəkili Fərəc Quliyev Parlamentin 5 ildə keçirilən 114 iclasında 105 təkliflə çıxış etmiş və onlardan çoxu həyata keçirilmiş, bir qismi isə icra üçün hökumətin ayrı-ayrılıqda inkişaf proqramlarına daxil edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

Tramp: İranda iqtisadi vəziyyət pisləşir, razılaşmalar əldə olunacaq

Tramp: İranda iqtisadi vəziyyət pisləşir, razılaşmalar əldə olunacaq

Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verdi - LAKİN BACARMADI

Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verdi - LAKİN BACARMADI

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

End of content

No more pages to load

RADİO