“Azad Rəhimovun bütün qazancını haram hesab etmirəm” - Mirşahin+VIDEO

ANS-in vitse-prezidenti Mirşahin dünən "Hesabat"da Gənclər və idman naziri Azadf Rəhimova suallar ünvanlayıb. Moderator.az həmin süjeti təqdim edir: 


"Alnı açıq. Üzüağ. Bu həftə ANS-in apardığı daha bir araşdırmanın yekunu kimi bu iki keyfiyyətə bel bağlamaq istəyirik. Gənclər və İdman Nazirliyində Hesablama Palatasının apardığı yoxlamaların nəticəsində ortaya çıxan suallara Azad Rəhimov cavab verərsə, alnı açıq və üzüağ sözləri yerinə düşəcək. Yerə yox. Yerinə.

Mən Gənclər və İdman Nazirliyinin korrupsiyaya qurşandığını və ya qurşanmadığını, gündə, ayda və ildə nə qədər mənimsədiyini və ya mənimsəmədiyini müzakirə etmək fikrində deyiləm. Baxmayaraq ki, bu mövzuda danışmağa kifayət qədər məlumat var, rəqəm var, cəzalandırılmış şəxslər var. Mən Azərbaycan gənclərinin və idmanının sağlam ruhunu öz sağlam bədənində daşıyan böyük və görkəmli nazirimizin qazandığı halal pulları da saymaq fikirindən çox uzağam. Söhbət heç nazirliyin məsuliyyət zonasına daxil olan külli miqdarda vəsaitin xərclənməsi zamanı baş verən, Hesablama Palatasanın təbirincə desək, nazirliyin xətrinə dəyməsin deyə istiqamətdən kənarlaşmalardan getməyəcək. Biz ANS olaraq dövlətimizin, onun hər hansı bir qolunun pis vəziyyətdə görünməsinin tərəfdarı deyilik. 

2003-cü ildə Azərbaycan polisinin kütləvi ixtişaşlar zamanı xəsarət almış bir sıra əməkdaşlarının hüquqlarını qorumaqla bağlı bəyanatını da məhz ANS yaymışdı, ATƏT-ə onların harayını da ANS çatdırmışdı. Qaçqınların Avropa Məhkəməsinə müraciət etməsinin qaydalarını da ANS öz əməkdaşları vasitəsilə yerlərdə öyrətmişdi. Bu gün Avropa məhkəməsində erməniləri ifşa edən Çıraqovun işığı bir az da ANS-dən gəlir. Bir sözlə dövlət strukturları dövlətin imicinin tərkib hissəsi olduğundan ANS-in xüsusi həssaslığını anlamaq, orda hansısa qara -qura niyyətlər axtaranların ağzını yummaq lazımdır. İndi də söhbət dövlətimizin vacib qurumlarından birindən gedir. Gənclər və İdman Nazirliyimizdən. Onun fəaliyyətini ilk dəfə məz elə bu verilişdəv - “Hesabat”da mən tənqid etmişdim. 

Bir qrup Azərbaycan gəncinin internet inqilablarına aludə olmasının ilk işartılarını Fəvarələr Meydanına daşıyan vətəndaşlarımızla məşğul olmadığına görə, Rəhimov Azadın başqa azadlıq çağırışları ilə dalana dirəndiyini göstərmişdik. Doğrudan da Azad müəllim bütün gənclərin və nəzərə alsaq ki, idmançılarımızın da 95 faizindən çoxu gəncdir, deməli həm də idmançı gənclərimizin biləvasitə rəhbəridir, o zaman nigarançılığımızın səbəbini anlamaq çətin olmaz. Ən məsuliyyətli sahə - gənclər, məhz Azad müəllimin məsuliyyət zonası. Özünü vuran zəif əsgəri də. Suriyada döyüşə gedərək dövləti zərbə altına qoyan təriqət miqrantı da, həbsdən çıxıb özünü cəmiyyətə heç cür uyğundaşdıra bilmədiyinə görə yenidən həbsə düşmüş keçmiş məhbus da, insan alverinin potensial qurbanı olan gənc qız da bu zonaya daxildir. Bir sözlə bütün idmanımız və bütün gənclərimiz. Azərbycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev də olimpiya hərəkatının ona görə önündə gedir ki, gənclərimizin güclü və sağlam olmasını dövlətimizin güclü və sağlam olmasının baza prinsipi hesab edir. Və elə bu səbəbdən də Gənclər və İdman Nazirliyinin hesab-kitabda səliqəli və dürüst olmasının xüsusi mənası var. Gənclər halala öyrədilməlidir. Mən Azad Rəhimovun bütün qazancını haram hesab etmirəm. 

Əlbəttə hər bir dövlət öz məmurunun halal pul qazanmaq haqqını tanıyır. Amma, eyni zamanda dövlət məmuru sahibkar kimi sərbəst varlana da bilməz. Ona görə də, mən efirdən Azad müəllimə bir neçə sual vermək istəyirəm. Düşünürəm ki, bu sualların cavabından sonra gənclər və idman nazirimiz onun fəaliyyətini şübhə altına alanların qarşısına alnıaçıq çıxacaq və heç kimi məhkəməyə vermək fikrinə düşməyəcək, cavab verəcək. 

Cənab nazirə suallara keçirəm: 

1. Azad müəllim, sizin Olimpiya Komplekslərinin inşası zamanı maliyyə pozuntularına yol verdiyinizi deyirlər. Real xərclər və ayrılmış vəsaitlər barədə təfərrüatlı hesabatı hardan əldə edə bilərik? 

2. Cənab nazir, bu Olimpiya Komplekslərinin qiymət fərqi sıçrayışla dəyişir. Niyə bir rayonda tutaq ki, 1 milyon AZN-ə başa gələn kompleks başqa bir və təxminən eyni statusda olan rayonda 12 milyon AZN-ə başa gəlir?

3. Nazir dövlət məmurudur və onun bizneslə məşğul olması qanunla yol verilməz hesab edilir. Doğrudanmı siz bizneslə məşğulsunuz və əgər belə deyilsə, bunu niyə təkzib etmirsiniz?

4. Azad müəllim! Sizi ANS-i məhkəməyə verməklə bağlı anons verdiniz. Bu təbii ki, hər bir vətəndaş kimi sizin də hüququnuzdur. Amma Türkiyə mətbuatında dərc edilmiş çox sərt və ifşaedici, “Rəhimov Azad Ticarət zonası” məqaləsinə heç reaksiya belə vermədiniz. Yeri gəlmişkən məqalədə yazılanlar nə qədər doğrudur?

Daha bir neçə sualımız da var, amma bu sualları verəcəyiniz cavablardan sonraya saxlayaq. 

Beləliklə, həm Heydər Əliyevin, həm prezident İlham Əliyevin dövlətimizin gələcəyini gənclər və təbii ki, sağlam gənclərlə bağlaması fonunda məhz Gənclər və İdman Nazirliyinə diqqətimizin səbəbləri və səmimiyyətimiz yəqin ki, kimsədə şübhə doğurmamalıdır. Sadəcə cavab verin. Cavab verin ki, dövlətimizin gələcəyi haram və qaranlıq olmasın. Doğrudur, Azadlıq şirin sözdür. Amma bu gərək intizam və qanun çərçivəsində olsun". 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

End of content

No more pages to load

RADİO