Sahibə Qafarovadan Pelosinin Ermənistana səfəri ilə bağlı BƏYANAT

Milli Məclisin sədri Sahibə Qafarovanın ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamaya dair bəyanatı yayılıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, bəyanatda deyilir:

“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlama dərin təəssüf hissi doğurur.

2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddəki genişmiqyaslı hərbi təxribat məhz Ermənistan tərəfindən törədilmişdir. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılması istiqamətində hərəkətə keçərək, müvafiq cavab tədbirləri görmüşdür.

Hazırda tərəflər arasında atəşkəs əldə olunmuş və vəziyyətin daha da gərginləşməsinin qarşısı alınmışdır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Ermənistan özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurur.

Bu addımlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir.

Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür.

Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır.

ABŞ Nümayəndələr Palatasının spikeri anlamalıdır ki, onun bu açıqlaması Ermənistanda revanşizm meyllərini gücləndirməklə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması səylərinə ciddi zərbə vurur.

Təəssüf doğuran başqa bir məqam budur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövr ərzində Nensi Pelosi kimi siyasətçilərin beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarının heç vaxt şahidi olmadıq.

Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasətinə, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı ərazilərimizdə vandalizm aktlarının törədilməsinə, şəhər və kəndlərimizin dağıdılmasına baxmayaraq, onlar susmağa üstünlük verdilər və heç bir mövqe bildirmədilər.

Belə olduğu təqdirdə, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin erməni təbliğatının təsiri altında verdiyi bu açıqlama sadəcə olaraq ikili standartların növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Tramp İrandan yeni təklif aldığını AÇIQLADI

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

Ukraynanın təkcə Donbası deyil, digər əraziləri də itirmək riski var...

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

“Sumqayıt” qalib gəldi, “Qəbələ” – “Araz Naxçıvan” oyununda bərabərlik - VİDEO

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Netanyahu Livana zərbələr endirməyi ƏMR ETDİ

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM - FOTO

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Zaurun verilişi yenidən BAŞLAYIR? - “Mayın 4-ü…”

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Malidə vəziyyət yenə gərginləşib: 80 yaraqlı MƏHV EDİLİB

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Keyt Middlton geyimi ilə DİQQƏT ÇƏKDİ: II Elizabetin obrazını təkrarladı

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

Kimyəvi maddə istifadə etmədən alaq otlarını yox edən sadə üsul

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

“Camaat iynə vurmağı səndən öyrənib” - FOTO

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

İran Hörmüz boğazında internet kabellərini KƏSƏ BİLƏR - ABŞ-a xəbərdarlıq

Somali sahillərində tanker qaçırılıb

Somali sahillərində tanker qaçırılıb

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Bakıda kuryer xidmətindən daha bir ŞİKAYƏT - VİDEO

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Makrona MƏSLƏHƏT: "Sənə nifrət edirlərsə, vaxtı çatıb..."

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Bakıda avtobus piyadanı vuraraq öldürdü - TƏFƏRRÜAT - VİDEO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə - FOTO

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Ermənistanın Əməkdar və Xalq artisti olmuş azərbaycanlılar - SİYAHI

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

End of content

No more pages to load

RADİO