Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Gözümün Nuru Vətən” sənədli filminin təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Vətən müharibəsi qazisi, I dərəcəli əlilliyi olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, cəmiyyətin fəxri üzvü Vidadi Əkbər oğlu Məmmədovun həyat və döyüş yoluna həsr olunub.

Tədbirdə dövlət və hökumət nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər, media və ictimaiyyət təmsilçiləri ilə yanaşı, bir sıra rəsmi şəxslərin çıxışı dinlənilib.

Çıxış edənlər sırasında Babək Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asif Hacıyev, Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Emin Sadıqovun anası Gülsad Rüstəmova, Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva yer alıb.
 

Təqdimat mərasimini “Gözümün Nuru Vətən” silsilə filmlərinin ideya müəllifi Simuzər Ağakişiyeva açıb. Daha sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdulayev çıxış edib.


Qeyd edək ki, Vidadi Məmmədov 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sənədli filmdə qazinin şərəfli döyüş yolu, Vətənə sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və müharibədən sonrakı ictimai fəaliyyəti əks olunub.
 

Layihənin məqsədi qəhrəman qazilərin həyat yolunu geniş ictimaiyyətə çatdırmaq, Zəfər tarixini təbliğ etmək, şəhid və qazilərin qəhrəmanlıq irsini yaşatmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.


Təqdimatın Naxçıvanda keçirilməsi də rəmzi xarakter daşıyır. Belə ki, Vidadi Məmmədov Naxçıvan Muxtar Respublikasının Babək rayonunun yetirməsidir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

End of content

No more pages to load

RADİO