"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

Medianın İnkişafı Agentliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü ilə 2026-cı ilin 10 yanvar – 11 aprel tarixlərində Bakı, Quba və Lənkəranda həyata keçirilən “Mediada Azərbaycan dili” mövzusunda təlim proqramı uğurla yekunlaşıb.

Bizim.Media xəbər verir ki, təlim proqramının əsas məqsədi media nümayəndələrinin Azərbaycan ədəbi dilinin normaları ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirmək, audiovizual mediada dil mədəniyyətinin yüksəldilməsinə və peşəkar nitq mühitinin formalaşdırılmasına töhfə vermək olub.
 

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra layihəyə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib.


Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya mühitinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların təsirinin artdığı bir dövrdə jurnalistlərin peşəkar bacarıqları ilə yanaşı, Azərbaycan dilinin norma və qaydalarına dərindən bələd olmaları xüsusi əhəmiyyət daşıyır.

O diqqətə çatdırıb ki, dövlət dilinin mediada düzgün və səlis tətbiqi cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə xidmət edir.

Bundan əlavə, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın müəllifi olduğu və bu yaxınlarda çapdan çıxan “Sosial media” dərs vəsaiti ilə bağlı danışan Ə. İsmayılov kitabın peşəkar jurnalist kadrların hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov isə qeyd edib ki, efir məkanı cəmiyyət üçün nümunə rolunu oynadığından aparıcıların, jurnalistlərin və digər media nümayəndələrinin nitq mədəniyyətinə xüsusi diqqət yetirməsi vacibdir.
 

O vurğulayıb ki, Azərbaycan dilinin zəngin ifadə imkanlarının qorunması, dil normalarının efirdə düzgün tətbiqi və peşəkar nitq vərdişlərinin inkişaf etdirilməsi milli media mühitinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Daha sonra təlim proqramını uğurla başa vuran media nümayəndələrinə sertifikatlar, layihənin təşkilində və ictimaiyyətə çatdırılmasında fəal iştirak edən Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin PR qrupunun əməkdaşlarına isə təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində jurnalistlər üçün hazırlanan “Mediada Azərbaycan dili” adlı metodik vəsaitin rəsmi təqdimatı da baş tutub.

Kitabın müəllifləri – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova və filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova nəşrin hazırlanma məqsədi, mediada daha çox rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər.

Bildirilib ki, vəsaitdə layihə çərçivəsində təlim keçən digər dilçi alimlərin, media mütəxəssislərinin tövsiyə və yanaşmalarına da yer verilib.

Xatırladaq ki, 2026-cı il 10 yanvar – 11 aprel tarixlərini əhatə edən proqram çərçivəsində Bakıda 24, Quba və Lənkəran şəhərlərində isə keçirilən dörd təlimdə 30-dan çox regional media nümayəndəsinin peşəkar inkişafına dəstək göstərilib.

Təlimlərdə müxtəlif televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları və digər media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist, redaktor və aparıcı iştirak edib. Eyni zamansa dilçi alimlər və media ekspertlərinin iştirakı ilə Azərbaycan dilinin mediada düzgün tətbiqi, nitq mədəniyyəti və aktual dil məsələlərinə həsr olunan maarifləndirici podkastlar hazırlanaraq ictimaiyyətə çatdırılıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

End of content

No more pages to load

RADİO