Prezidentdən SOCAR-la bağlı vacib FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərman qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri vəzifəsinə təyin olundu


Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti yarandığı dövrdən böyük inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən uğurlu neft strategiyası Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyata inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb edilməsində müstəsna rol oynamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində mühüm dəyişikliklərlə müşayiət olunmuşdur.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanılmış “Əsrin müqaviləsi” respublikanın neft-qaz sənayesinin inkişafında yeni mərhələ olmuşdur.

Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti neft-qaz hasilatı, nəqli və emalı ilə məşğul olan müəssisədən transmilli şirkətə çevrilərək, iştirakçısı olduğu beynəlxalq layihələrdə Azərbaycan Respublikasını uğurla təmsil edir, ölkənin iqtisadi potensialının güclənməsinə, sosial-iqtisadi tərəqqisinə, eləcə də milli maraqlarımızın həyata keçirilməsinə mühüm töhfə verir.

Qlobal iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması əsas çağırışa çevrilmişdir.

Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılır.

Müəyyən edilib ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir.

3. SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. SOCAR-ın yenidən təşkili və ləğvi;

3.1.2. SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

4. Müəyyən edilsin ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

4.1. SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

4.2. SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

4.3. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;

4.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

4.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

4.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

4.7. SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

4.8. SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.9. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

5.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin 4-cü və 5-ci hissələrinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci əl "iPhone"nunən sərfəli6 modeli

İkinci əl "iPhone"nunən sərfəli6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

End of content

No more pages to load

RADİO