ABŞ-ın Kaliforniya ştatında F-35B gizli qırıcı təyyarəsi hava bazasının yaxınlığında qəzaya uğrayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusu məlumat yayıb.
Bildirilib ki, 11-ci Hava Qrupuna məxsus təyyarə Miramar Dəniz Piyadaları Korpusunun hava bazası yaxınlığında qəzaya uğrayıb.
Bəyanatda qeyd edilib ki, göyərtədə yeganə heyət üzvü olan pilot təyyarədən atma oturacağından istifadə edərək katapult edərək sağ qalıb.
Təyyarə qəzadan sonra alovlanıb. Əraziyə çoxsaylı təcili yardım qrupları göndərilib.
Qeyd edək ki, F -35B, ABŞ Dəniz Piyadaları Korpusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən gizli döyüş təyyarəsinin bir neçə versiyasından biri kimi tanınır.



Bizim.Media