Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Bildiyimiz kimi, bu gün, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün  ana dilimizin zənginliyini, saflığını və milli kimliyimizin ən vacib dəyərlərindən biri olduğunu bir daha xatırladır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə vurğuladı ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.

Buna görə də hər bir vətəndaşın borcu Azərbaycan dilinə hörmətlə yanaşmaq, onu düzgün və səlis şəkildə işlətmək, dil normalarına riayət etmək, eləcə də ana dilini gələcək nəsillərə sevdirərək ötürməkdir.
 
Bizim.Media bu əlamətdar gün ilə əlaqədar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin fikirlərini öyrənib.
 
O, ilk olaraq, vurğulayıb ki, ölkə başçısının ana dilinə göstərdiyi bu qayğı vətəndaşları da qayğılandırmalıdır:

"Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında bir çox mövzuya toxunsa da, prioritet mövzu məhz ana dilinin qorunması idi. Dilimizə göstərilən bu qayğı bizi də qayğılandırmalıdır, dilimizdəki problemləri fərqinə varmalıyıq. Bu istiqamətdə sadəcə alimlərə iş düşmür, onların vəzifəsi tədqiqat aparmaqdır. Dilin qorunması isə bütün vətəndaşların borcudur. Prezidentin dilə qayğısı vətəndaşları, alimləri, jurnalistləri daha da ruhlandırır".
 
Nadir Məmmədli Ümummilli Lider Heydər Əliyevin ana dilinə göstərdiyi diqqətdən danışıb: 

"Ümummilli Lider Heydər Əliyevin ana dilini qorumaqla bağlı cəhdləri, onun çıxışları hər zaman Azərbaycan dilinə olan sevgisini göstərib. O, öz açıqlamasında bildirib ki, dil bizə ata-babalarımızdan qalıb, onu qorumalı, gələcək nəsillərə ötürməliyik".
 
Alim ana dilinin saflığının qorunmasıyla əlaqədar bəzi çağırışlar da edib:

"Bu gün əgər bu dildə esse, roman, fəlsəfi əsər yazmaq olursa, bu, o deməkdir ki,  Azərbaycan dili cilalanmış dildir. Bəli, o, yüz illərin çətinliyindən, cilasından keçib. Buna görə də onu qorumaq bizim əsas vəzifəmizdir".
 
Müsahibimiz son olaraq günümüzün problemlərindən biri olan dildə xarici sözlərdən istifadə etmək məsələsinə toxunub:

"Dildə əcnəbi sözlərdən yalnız sözün analoqu olmadığı zaman istifadə oluna bilər. Əlbəttə,  dünyadakı qloballaşma dilimizə yeni sözlər qata bilər. Ancaq əvəzi olduğu halda, xarici sözü istifadə etmək düzgün deyil, çalışmalıyıq ki, öz milli sözlərimizdən istifadə edək".
 
Xatırladaq ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO