Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Nəriman Həsənzadə VƏFAT ETDİ


Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına daxil olan Nəriman Həsənzadə 1965-ci ildə aspiranturanı bitirib dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
 

Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1978–1991-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyərkən qəzetin ədəbi-ictimai mühitdə nüfuzunun daha da genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.


Nəriman Həsənzadə 1991–2001-ci illərdə Azərbaycan Respublikası mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. O, 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

Böyük söz ustası Nəriman Həsənzadə poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şair milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalmaqla, özünəməxsus ifadə tərzi və dəst-xətti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmişdir.

Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləri onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Şairin öz həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri dolğun bədii əksini tapmışdır.
 

Nəriman Həsənzadə poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətlərini tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik duyğusu ilə canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Dilimizin tükənməz imkanlarından ustalıqla bəhrələnmiş şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.


Sənətkarın ədəbi şəxsiyyəti ilə vəhdət təşkil edən alim, pedaqoq və ictimai xadim kimi dolğun fəaliyyəti Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. Nəriman Həsənzadə respublikamızın ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmiş, müxtəlif illərdə SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinin direktoru, eləcə də rayon, şəhər sovetinin və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə daim dərin vətəndaşlıq duyğusu ilə yanaşmış Nəriman Həsənzadə mədəniyyətimizin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün var qüvvəsini sərf etmişdir.

Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları – “Şöhrət” (2001), “Şərəf” (2011) və “İstiqlal” (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.

Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Arif Paşayev

Anar Rzayev

Çingiz Abdullayev

Rəşad Məcid

Sabir Rüstəmxanlı

Kamal Abdullayev

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO