Bu gün günorta saatlarında Qax rayonu ərazisində “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub.
Bizim.Media xəbər verir ki, nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ( oğlan) ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu