Sahibə Qafarova Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova özbəkistanlı həmkarı ilə görüşdü


Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda fəal təmsilçiliyi və təşəbbüskarlığı haqqında danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təklifini irəli sürüb və 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub.

Sahibə Qafarova Parlament Şəbəkəsinin təsis iclasında iştirakına və Bakıda keçirilən birinci konfransa müraciətinə görə Duarte Paçekoya təşəkkürünü bildirib.

Azərbaycan parlamentinin spikeri xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində isə Azərbaycanın paytaxtı Bakı şəhərində 40 ölkədən və 8 beynəlxalq parlament təşkilatından parlament nümayəndə heyətlərinin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, konfransın yekununda qəbul olunan Bakı Bəyannaməsi ümumi mövqeyimizi və baxışlarımızı əks etdirməklə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
O deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə töhfə verməyə, digər parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaqla hamını narahat edən məsələlərin həllində birgə işləməyə hazırdır.

Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko təmsil etdiyi qurumla Azərbaycanın bu təşkilatın fəal üzvlərindən biri olmasından məmnunluğunu qeyd edərək, Azərbaycanın İPU-nun üzvü kimi əhəmiyyətli rolunu vurğulayıb. O, Parlamentlərarası İttifaqın qarşıdakı dövrdə fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.

O, həmçinin əvvəlki dövrlərdə ölkəmizdə səfərdə olduğunu, Azərbaycan xalqının multikultural dəyərlərinin onda böyük təəssürat yaratdığını qeyd edib.

Duarte Paçeko müasir dövrdə parlament diplomatiyasının, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

End of content

No more pages to load

RADİO