ADNSU xarici ölkələrin nüfuzlu universitetlərində doktorantura təhsilini başa vurmuş, beynəlxalq akademik və elmi təcrübəyə malik gənc tədqiqatçıları “AZİU Gələcəyin Tədqiqatçıları Proqramı” çərçivəsində işə qəbula dəvət edir.
Bizim.Media xəbər verir ki, elan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov tərəfindən sosial media hesabında paylaşılıb.
Vakansiyada əmək haqqının 3000-3500 azn olacağı qeyd olunub.
Bildirilib ki, proqramın məqsədi beynəlxalq təcrübəyə malik yüksəkixtisaslı tədqiqatçıları universitetə cəlb etmək, onların elmi və akademik inkişafını dəstəkləyərək gələcəyin professor və tədqiqatçılarını formalaşdırmaqdır.
Müraciət edə bilərlər:
-Dövlət Proqramı çərçivəsində ADNSU ilə birgə müqavilə əsasında xaricdə doktorantura təhsili almış məzunlar;
-UFAZ xətti ilə Fransada doktorantura təhsilini başa vurmuş məzunlar;
-QS və ya THE reytinqlərində ilk 200-lükdə yer alan universitetlərin doktorantura məzunları.

Bizim.Media