Yeni baş nazirin Azərbaycan PLANLARI: “Liz Trassın Zəngəzur mahalı ilə bağlı tarixi sənəddən xəbəri var”

Xəbər verdiyimiz kimi Mühafizəkarlar Partiyasının rəhbəri seçkilərin nəticələrinə görə, 2021-ci ildən Boris Consonun kabinetində xarici işlər naziri, qadınlar və bərabər imkanlar üzrə nazir vəzifələrində çalışan Liz Trass Torilərin yeni lideri və Böyük Britaniyanın baş naziri olub.

Bizim.Media xəbər verir ki, Liz Trass Tereza Mey və Marqaret Teçerdən sonar Böyük Britaniyanın 3-cü qadın baş naziridir.

Siyasi ekspert Amid Əliyev Böyük Britaniyada baş nazir postunun dəyişməsini şərh edib.

“Birləşmiş Krallıq ilə Azərbaycan arasında 30 illik tarixə söykənən diplomatik münasibətlər mövcuddur. Bu 30 il ərzində Birləşmiş Krallıq münasibətlərin geniş spektrində Azərbaycanla daim yaxşı münasibətlərdə olub. 1994-cü ildə imzalanmış Əsrin müqaviləsinə əsasən Birləşmiş Krallığın ən iri neft və qaz ixrac edən şirkəti olan BP Azərbaycanda rəsmi fəaliyyətə başlayıb. Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatında əhəmiyyətli investisiya payı vardır”.

Bu illər ərzində Azərbaycan siyasi arenada da Birləşmiş Krallığın dəstəyini hər zaman hiss edib.

“Keçmişdə qalan Qarabağ probleminin həllində Birləşmiş Krallığıda üstünlük təşkil edən iki siyasi partiyanın hakimiyyəti illərində bunu bariz şəkildə görmək olar. Yeni hökümətin Azərbaycanla siyasi münasibətlərinin hansı müstəvidə davama edəcəyi sualı olduqca maraq doğurur. Bu suala cavab vermək üçün bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır.
Birincisi, İngiltərənin əvvəlki Baş naziri olmuş Boris Consonun dövründə Azərbaycan ilə İngiltərə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Hətta iki dəfə Boris Conson Azərbaycan dövlətinə “Covid-19” qarşı mübarizədə və Əfqanıstandakı Azərbaycan ordusunun xidmətinə görə təşəkkür də edib.
 

Bildiyimiz kimi Boris Conson İngiltərə siyasi sistemində özünəməxsus çəkiyə malik olan Mühfizəkarlar partiyasını təmsil edirdi və onun təmsil etdiyi kabinetdə Liz Tarss da XİN kimi fəaliyyət göstərib”.


Keçmiş kabinet Ukrayna hərbi kompaniyasında qəti şəkildə Ukraynanın müstəqilliyini və ərazi bütövlüyün dəstəkləyib.

“Liz Tarss hətta bununla bağlı olaraq Lavrova son dərəcə qəti etiraz bildirən son dövrün diplomatlarından olub. Bununla demək olar ki, Liz Trass da keçmiş MDB məkanında müstəqil dövlətlərin xarici siyasət yeritməsinə və ikitərəfli və qarşılıqlı münasibətlər qurmasına tərəfdardır. Üçüncüsü, Liz Trass İngiltərənin son 3 baş naziri ilə işləmiş və 11 müxtəlif nazir postunu tutub. Bu isə özlüyündə onun peşəkarlığından və bu illər ərzində İngiltərə tərəfindən həyata keçirilən xarici siyasətdən xəbərdar olmasını deməyə imkan verir”.

Məhz Liz Trassın İngiltərənin xarici işlər naziri olduğu zaman Qafqazda vacib siyasi hadisələr baş verib. 

“Azərbaycan II Qarabağ müharibəsində qalib oldu, öz müstəqilliyini bərpa etdi, itirilmiş ərazilər qaytarılıb və bütün bu hadisələr İngiltərənin siyasi dəstəyi fonunda baş tutub. Hətta müharibənin gedişi zamanı ən yüksək səviyyədə Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə qarşı məhz İngiltərə veto hüququndan istifadə edib. Zəngəzur mahalı ilə bağlı İngiltərə muzeylərində saxlanılan tarixi sənəd dünya ictimaiyyətinə təqdim edilib, onun bundan da xəbəri var”.

Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, növbəti illərdə də İngiltərə ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi və diplomatik münasibətlər məhz qalib Azərbaycanın maraq və mənafeyinə uyğun şəkildə davam edəcək.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

End of content

No more pages to load

RADİO