Prezident Bakıda yeni inşa edilmiş məktəb kompleksində yaradılmış şəraitlə tanış olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub.

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı var idi.
Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.

Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.

Qeyd olundu ki, dördmərtəbəli korpusda sinif, əmək, hərbi, rəsm, həkim, musiqi və müəllimlər otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb.

Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Beləliklə, məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

Bizim.Media
 
























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

End of content

No more pages to load

RADİO