“Rusiya və İran Azərbaycan-Aİ əməkdaşlığını pozmağa çalışacaq” – Sabiq səfirdən XƏBƏRDARLIQ

“Rusiya qaz tədarükünü dayandırdıqca, Avropa enerji sərfiyyatını məhdudlaşırmaq üçün mübarizə aparır. Bir neçə həftə sonra isə havalar soyumağa başlayacaq və bununla da problemlər daha da artacaq. Neft və qaza artan tələbat isə bütün planetdə hiss olunacaq. Bu, Avropanın yox, bütün dünyanın enerji böhranıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “Boston Herald” nəşrində dərc olunan məqaləsində yazıb.

Sekuta sözügedən enerji böhranından çıxış yolu kimi alternativ və etibarlı mənbələr tapmağın vacib olduğunu qeyd edib:

“Azərbaycanı Avropa İttifaqı üçün perspektivli tərəfdaş kimi nümunə göstərmək olar. Eyni zamanda bir neçə ay öncə tərəflər arasında qaz ixracını iki dəfə artırmaqla bağlı razılıq da əldə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın sabiq səfiri Azərbaycanın Rusiya və İran arasında geostrateji mövqeyindən danışdı


Rusiya, İran və Türkiyə kimi regional güclərlə qonşu olan bu Cənubi Qafqaz dövləti külək və yaşıl hidrogen potensialı ilə yanaşı, Xəzərdə böyük neft və qaz ehtiyatlarına malikdir.

Coğrafi mövqeyi onu Avropanı Şərqi və Cənubi Asiya ilə birləşdirən, Rusiya və İrandan keçməyən yeganə marşrutun, yəni “orta dəhliz”in strateji açarı edir”.
Diplomatın fikrincə, Azərbaycanın enerji tərəfdaşı kimi digər ölkələrdən iki mühüm üstünlüyü var:

“Birincisi, onun birbaşa Aİ-yə gedən və Rusiyadan yan keçən boru kəmərləri var. Üstəlik, bu boru kəmərləri Mərkəzi Asiyadan daha çox neft və qaz nəql etmək üçün genişləndirilə bilər. 
İkincisi, 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra Azərbaycan öz enerji sektorunu Qərb neft şirkətləri ilə əməkdaşlıqda inkişaf etdirdi. Otuz il ərzində o, Qərb üçün etibarlı tərəfdaş olduğunu sübut etdi”.

Müəllif qeyd edib ki, boru kəmərlərinin ötürmə gücünün məhdud olması məsələsini də yaddan çıxarmaq olmaz:

“Ötürmə qabiliyyətini təkmilləşdirmək və gücləndirmək isə bir gecədə baş verə bilməz. Yeni sahələrin işə düşməsi üçün vaxt lazımdır. Beləliklə, saziş qaz ixracının beş il ərzində iki dəfə artmasını nəzərdə tutsa da, Azərbaycan hazırkı böhranın daha geniş uzunmüddətli davamlı həllinin bir hissəsi olacaq.

Nəhayət, Avropa uzunmüddətli düşünür və lazımi həlli yollarına baş vurur. Doğrudur, Avropa on il əvvəl müəyyən addımlar atmalı idi, lakin istənilən halda yeni Aİ-Azərbaycan Enerji Memorandumu alqışlanan irəliləyişdir”.
Sekuta ABŞ-ın Azərbaycan-Aİ enerji müttəfiqliyinə lazımi dəstəyi verməsinin vacibliyindən də bəhs edib:

“Dünya Rusiya və İranın Azərbaycan-Aİ əməkdaşlığını öz ambisiyaları üçün təhlükə olaraq görməsinə hazır olmalıdır. İstər təhdid, istər yalan, istərsə də digər yollarla onlar bu razılaşmanı pozmağa çalışacaqlar. Bunun baş verməsinə yol vermək olmaz və burada ABŞ-ın mühüm rol oynaya bilər.

ABŞ artıq Avropanın enerji ehtiyaclarını və artan qlobal enerji böhranını həll etmək üçün böyük işlər görüb. Amma bizim edə biləcəyimiz və etməli olduğumuz daha bir şey var: bütün gücümüzlə Azərbaycan-Aİ müqaviləsini dəstəkləmək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

End of content

No more pages to load

RADİO