İtaliya İlham Əliyevə görə qaydaları dəyişdi – Jurnalist Prezidentin səfərində nələrə şahidlik etdi - MÜSAHİBƏ

Məlum olduğu kimi Ölkə Başçısı İlham Əliyevin son Brüssel və İtaliya səfərləri mühüm hadisələrlə yadda qaldı. Amma hər iki səfərdə kadr arxasında qalan maraqlı məqamlar da təbii ki, az olmadı.

Həmin məqamlarla bağlı Dövlətimizin Başçısının səfərini işıqlandıran həmkarlarımızdan biri, İTV-nin əməkdaşı Heydər Mirzə ilə həmsöhbət olduq.

- Heydər bəy, Siz Ölkə Başçısının həm Brüssel, həm də İtaliya səfərində olmusunuz. Həmin görüşlərdə kadr arxasında qalan maraqlı məqamlardan hansını danışa bilərsiniz?

- Kadr arxasında qalan maraqlı məqamlar çox oldu. Başlayaq Brüsseldən. Biz Avropa Şurasının binalar kompleksinə gələndə Azərbaycan nümayəndə heyətində çoxlu sayda jurnalist var idi. Məsələn, AzTV, İTV, CBC, Real TV, Azərtac və digər KİV-lərin nümayəndələri. Amma Ermənistandan heç bir mətbuat nümayəndəsini orada görmədik.

Yalnız bir qadını gördük, o da Azadlıq radiosunun müxbiri idi. Öyrəndik ki, erməni mətbuatı üçün informasiyanı bu jurnalist hazırlayıb, ötürəcək. Bir sözlə orda olduğumuz müddətdə bir dənə də olsun erməni jurnalist gözə dəymədi. 
İtaliya səfəri ilə bağlı onu deyə bilərəm ki, hazırda bu ölkədə siyasi böhrandır. Köhnə baş nazir istefaya gedib, yenisi seçilməyib, ancaq əvəz edən şəxs var. Belə bir vəziyyətdə İtaliya qanunlarına görə heç bir yüksək səviyyəli xarici səfərlər olmur, eyni zamanda xaricdən rəsmi qonaq qəbul edilmir. Amma Azərbaycan prezidenti İlham Əliyevin səfəri bu mənada istisna oldu. Çünki, İtaliyanın indiki məqamda Azərbaycana çox böyük ehtiyacı var.

- Avropada Azərbaycanlılara münasibətdə yeni nə sezdiniz?

- Həm Brüsseldə, həm də İtaliyada bizə qarşı münasibətdə çox maraqlı proseslər gedir. İndi onu tam ifadə edə bilməyəcəm. Amma onu deyə bilərəm ki, avropalılar bizə artıq bərabər tərəf kimi baxırlar. Həm siyasiləri, həm də ki, jurnalistləri. Bu da insanda çox gözəl hisslər yaradır.

- Ölkə Başçısına münasibətdə diqqətçəkən məqamlar hansı oldu? Yəni qalib Azərbaycan liderinə münasibət həm Brüsseldə, həm də İtaliyada necə idi?

-Onu deyə bilərəm ki, hər iki səfərdə Dövlətimizin Başçısına xüsusi diqqət var idi. Bu prezident İlham Əliyevin ovqatında da hiss olunurdu. Təsəvvür edin ki, Brüssel görüşü 5 saat çəkdi. Deyilənə görə görüş çox gərgin keçmişdi. Amma İlham Əliyev görüş zalından çıxanda xoş ovqatda idi. Üzü gülürdü. Hiss olunurdu ki, görüşün nəticələrindən Dövlətimizin Başçısı məmnundur. Roma da isə Azərbaycan prezidentinə xüsusi diqqət vardı. Açığını deyək ki, Azərbaycan Prezidenti İtaliyada fövqəldövlətin lideri kimi qarşılandı. Bu da səbəbsiz deyildi.

Çünki, İtaliyanın neft təchizatında Azərbaycan birinci, qaz təchizatında isə 3-cü yeri tutur. Bu isə o deməkdir ki, Azərbaycan İtaliya üçün sadəcə oksigendir. Cənab İlham Əliyevi həm İtaliya prezidenti, həm baş nazir əvəzi ən yüksək səviyyədə qəbul etdi.

Başqa bir maraqlı məqam odur ki, Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumuna fəxri qonaq kimi dəvət olunan çox az saylı dövlət başçılarından biri də İlham Əliyevdir.

Forumun iştirakçıları və moderatorları necə deyərlər İlham Əliyevin “başına pərvanə kimi fırlanırdılar”. Nəzərə alaq ki, bu beyin mərkəzi Avropa dövlətlərinin hökümətlərinə deyil, siyasi elitasına xidmət edir.
- Səfərləriniz zamanı Ölkə Başçısı ilə ünsiyyət imkanlarınız oldumu? Və yadda qalan məqamlar hansılar idi?

-  Azərbaycan Prezidenti hər zaman olduğu kimi biz jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı. Bütün görüşlərə gələndə və çıxanda bizə ehtiramla salam verirdi. Və sizin də gördüyünüz kimi bir jurnalist həmkarımıza cənab prezident özü yaxınlaşıb, əl tutuşdu. Çox ideal ünsiyyət mühiti vardı. Ən əsası bütün səfərlər boyu bizə davamlı məlumatlar verilirdi.

Mətbuat üçün qapalı görüşlər bitən kimi Prezidentin köməkçisi Hikmət Hacıyev bizə əsas detallar barədə ətraflı məlumat verirdi. Bir sözlə hər iki səfər bir jurnalist və bir vətəndaş kimi məndə çox dərin və gözəl təəssüratlar yaratdı.

Surxay Atakişiyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

End of content

No more pages to load

RADİO