İlham Əliyev Beynəlxalq Sərgi iştirakçılarına müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları və qonaqlar!

Sizi “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayır və bütün iştirakçılara uğurlar arzulayıram.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi başlayır


Artıq ənənəvi xarakter almış “ADEX” sərgisi hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrilmişdir. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yaradır.

“ADEX-2022” Vətən müharibəsində qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisidir. Tədbirdə real döyüş əməliyyatları zamanı uğurla sınaqdan çıxmış yerli hərbi təyinatlı məhsulların nümayiş etdirilməsi onun əhəmiyyətini daha da artırır.

XXI əsrin müharibəsini aparmış Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi bu gün inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində diqqətlə öyrənilir. Son dərəcə çətin relyef şəraitində ən müasir döyüş silahlarını tətbiq etməklə Azərbaycan Silahlı Qüvvələri düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yarmış və sürətlə irəliləyərək cəmi 44 gün ərzində onu təslim olmağa məcbur etmişdir.

Azərbaycanın tarixi qələbəsi göstərdi ki, hərbi sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir ordu quruculuğu, ölkənin hərbi qüdrətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcədə əhəmiyyətlidir.
Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir. Ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir.

Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır.

Biz, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.
Əminəm ki, “ADEX-2022” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradacaq və Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına öz müsbət töhfəsini verəcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

End of content

No more pages to load

RADİO