Bayden Azərbaycan siyasətində Trampdan nə ilə fərqlənəcək? - ŞƏRH

“Cozef Bayden prezident səlahiyyətlərinin icrasına artıq başladı. O keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək”. 

Bizim Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında Baydenin xarici siyasətini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə Bayden Trampdan fərqli olaraq İranla nüvə anlaşmasına yenidən qayıtmaq istəyir:

“Bu baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. ABŞ-la İran arasında gərginliyin azalması Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Vaşinqtonla Tehran arasında seçim etmək istəmir. Azərbaycan həm İran, həm də ABŞ-la əməkdaşlığını davam etdirmək istəyir. Bundan əlavə Bayden Trampdan fərqli olaraq NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. O deyirdi ki, üzv ölkələr NATO-ya Amerika qədər maliyyə ayırmalıdırlar. Bayden Avropadakı tərəfdaşlarıyla yenidən normal münasibətləri bərpa etməyə çalışacaq”.

 

MÖVZU İLƏ BAĞLI:

Bayden Azərbaycana hərbi yardımı dayandırsın -TƏLƏB 

“ABŞ-da prezidentlərin dəyişməsi xarici siyasətdə dəyişikliklərə gətirmir” - POLİTOLOQ

 

Politoloqun fikrincə, Bayden Trampdan fərqli olaraq miqrasiya siyasətini yumşaltmaq istəyir. Halbuki Tramp Amerikanın qapılarını miqrantlara bağlamışdı:

“Bayden isə qapıları miqrantlara açmaq, bundan isə  milyonlarla insan istifadə etmək istəyir. Ancaq milyonlarla insan Amerikaya daxil olarlarsa, bu Vaşinqtona siyasi və iqtisadi problemlər yaradacaq”. 

Bəs, Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?

Politoloq bu məsələyə də münasibət bildirib. O, deyib ki, Bayden konqresmen olarkən erməni lobbisi ilə sıx münasibətləri var idi:

“Bayden Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul edib və  Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki, Amerikadan başqa dünyanın heç bir digər parlamenti Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı ayırmayıb. Bayden administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşını təyin edib. Bu təyinatlar Ermənistanda sevinclə qarşılanıb. Müharibədə məğlub olan Ermənistanın Baydenə ümidləri var".

"Bu ümidlər müharibə günlərində də var idi. Ancaq ABŞ yalnız Ağ Evdən ibarət deyil. Amerikanın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum isə Amerikanın milli və təhlükəsizlik maraqlarını əsas tutur. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diqtə edir. Amerika üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq faydalıdır”.

Azərbaycanın bu ildən başlayaraq öz qazını Avropaya nəql etməyə başladığını xatırladan Elxan Şahinoğlu Amerikanın Avropa ölkələrinin qaz asılılığını azaltması istəyində olduğunu bildirib:

''Bu asıllığın azalmasında Azərbaycan rol oynayacaq. Bu isə Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən müsəlman ölkəsi olan Azərbaycanın İsraillə siyasi və hərbi əlaqələri də Vaşinqton üçün faydalıdır. Baydenin ermənilərə simpatiyası olsa da, Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə almaya bilməz. Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşib və separatçılarla əlbir hərəkət edir''.

''Bayden ermənipərəst olsa da, Rusiyanın ən sərt tənqidçilərindəndir. Deməli, Bayden ABŞ prezidenti olaraq Rusiyadan asılı olan Ermənistana açıq-aşkar dəstək verməyəcək. Vaşinqtonun Bakı ilə münasibətləri əvvəlki kimi Dövlət Departamentinin və Pentaqonun kurasiyasında olacaq. Bu Azərbaycan üçün məqbuldur''.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

End of content

No more pages to load

RADİO