Yol-nəqliyyat hadisəsi səbəbilə 3 kişi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Dəqiqləşdirilməmiş kəllə-beyin travması, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi xəstəxananın Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. (report.az)
Bizim.Media