Əli Əsədov iki nazirliyə tapşırıq verdi - SƏRƏNCAM

Baş nazir Əli Əsədov "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyinə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 1243 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

- "Qarabağ Dirçəliş Fondu”nun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli;

- dövlət qeydiyyatına alındığı gündən Fondun inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün on beş gün müddətində tədbirlər görüb Nazirlər Kabinetinə məlumat verməlidir.

Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

End of content

No more pages to load

RADİO