Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşdü

Yanvar 18-də xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın iştirak etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər dini abidələri dağıtmaqla bütün bəşəriyyəti təhqir edib - TÜRKSOY-un baş katibi

 

Məlumata görə, nazir Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq, ölkəmizə edilən növbəti səfəri, xüsusilə də bu çərçivədə işğaldan azad olunmuş ərazilərə səfərin edilməsini yüksək qiymətləndirib.

On illiklərlə işğal altında saxlanılan ərazilərimizdə düşmən tərəfindən törədilən barbarlıq əməlləri ilə əyani şəkildə tanış olmaq, buradakı mövcud vəziyyətin, o cümlədən tarixi mədəniyyət abidələrinin durumunun dəyərləndirilməsi baxımından bu səfərin əhəmiyyəti vurğulanıb. Türk əməkdaşlıq təşkilatlarının Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi birmənalı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdiyi və BMT TŞ qətnamələrinin icrasının təmin olunduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə bölgədə yeni reallığın meydana gəldiyi, eləcə də Azərbaycanın imzalanmış bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığı qarşı tərəfin diqqətinə çatdırılıb. 

Ermənistan tərəfinin isə 10 noyabr birgə bəyanatına zidd olan əməllərinə diqqət yönəldilərək, bu xüsusda Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlərin həyata keçirilməsi, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni terrorçu-diversiya qrupunun üzvləri tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktlarının törədilməsi qeyd olunub.

Saxlanılan diversiya qrupunun 62 üzvünün atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmədiyi və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı qarşı tərəfin diqqətinə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə hazırda Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edən nazir bu layihələrin bölgənin gələcək rifahına xidmət etdiyini vurğulayıb.

Baş katib Bağdad Amreyev Azərbaycana edilən səfər çərçivəsində işğalda azad edilmiş torpaqlara baş çəkdiklərini və oradakı vəziyyətlə tanış olduqlarını qeyd edərək, bu ərazilərin bərpasına türk əməkdaşlıq təşkilatlarının cəlb olunması marağını ifadə edib.

Azərbaycanın haqq mövqeyinə bir daha dəstəyini bildirən Baş katib Azərbaycanın qələbəsinin bütün türk dünyasını birləşdirən qələbə olduğunu qeyd edib.

Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakı, o cümlədən Şuşa şəhəri ilə bağlı gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin Tük Şurası çərçivəsində gələcək əməkdaşlıq perspektivləri, qarşıdan gələn görüşlər ətrafında müzakirələr edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

End of content

No more pages to load

RADİO