Paytaxtda IX Qlobal Bakı Forumu keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Ailə fotosunun çəkilişindən sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldinin moderatorluğu ilə təşkil olunan açılış mərasimində Azərbaycan Prezidenti çıxış edəcək.

Daha sonra Yüksək Səviyyəli Açılış Paneli olacaq. İsmail Serageldinin moderator olacağı paneldə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç, Albaniya Respublikasının Prezidenti İlir Meta, Gürcüstanın Prezidenti Salome Zurabişvili, Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Ahmed Aboul Gheit çıxış edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edir - CANLI 


İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın mesajını çatdıracaq, Monteneqro Prezidenti Milo Dukanoviçin və Latviya Respublikasının Prezidenti Egils Levits (videomesaj) videomesajları olacaq, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskinin videomüraciəti səsləndiriləcək.

Yüksək Səviyyəli Açılış Panelində 2016-2018-ci illərdə Türkiyə Respublikasının Baş naziri, 2018-2019-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın çıxışı, BMT baş katibi yanında Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti, BMT-nin Qlobal Təhsil üzrə Xüsusi Elçisi, ÜST-nin Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun onlayn çıxışı da olacaq.

Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunacaq.

Qeyd edək ki, 16,17 və 18 iyun tarixlərində keçiriləcək IX Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma”, “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış”, “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları”, “Qlobal səhiyyənin idarə edilməsi”, “Cənubi Qafqaz, sülh, əməkdaşlıq və inteqrasiya”, “Dəyişən Avropa və Qərbi Balkan regionunun təhlükəsizliyi”, “Yaxın Şərq, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışında”, “Qloballaşma və artan bərabərsizliklər”, “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar”, “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” və “Gənclər danışsın, biz dinləyək” mövzularında panellər təşkil olunacaq.

Forumda ümumilikdə 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

İsmayıllı qəzasında ölən 3-cü şəxsin kimliyi bilindi - VİDEO

İsmayıllı qəzasında ölən 3-cü şəxsin kimliyi bilindi - VİDEO

Aytən Rəhimli yüksək vəzifəyə TƏYİN EDİLDİ

Aytən Rəhimli yüksək vəzifəyə TƏYİN EDİLDİ

Bakıda 24 yaşlı gənc dənizdə boğuldu

Bakıda 24 yaşlı gənc dənizdə boğuldu

Lənkəranda əməliyyat: Həbs edilən var – FOTO

Lənkəranda əməliyyat: Həbs edilən var – FOTO

"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

Ukraynalı ekspert: S-400 raketləri aşağı hündürlükdə uçur, buna görə də… - VİDEO

Ukraynalı ekspert: S-400 raketləri aşağı hündürlükdə uçur, buna görə də… - VİDEO

Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?

Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?

SON DƏQİQƏ! ABŞ İranla daha genişmiqyaslı müharibəyə HAZIRLAŞIR

SON DƏQİQƏ! ABŞ İranla daha genişmiqyaslı müharibəyə HAZIRLAŞIR

Drujkovka da Donbasın viran qalan şəhərləri sırasına qoşulur – VİDEO

Drujkovka da Donbasın viran qalan şəhərləri sırasına qoşulur – VİDEO

Argentina Prezidenti: "Çox sağ olun, uşaqlar, sonadək mübarizə apardınız”

Argentina Prezidenti: "Çox sağ olun, uşaqlar, sonadək mübarizə apardınız”

Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi - VİDEO

Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi - VİDEO

İsmayıllıda "Lexus" qəzaya uğradı – Sürücü xəsarət aldı

İsmayıllıda "Lexus" qəzaya uğradı – Sürücü xəsarət aldı

Nazirlikdən fermerlərə ÇAĞIRIŞ: 6 000 manata qədər CƏRİMƏSİ var

Nazirlikdən fermerlərə ÇAĞIRIŞ: 6 000 manata qədər CƏRİMƏSİ var

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI

DÇ-2026 ən yüksək azarkeş iştirakına görə TARİXƏ DÜŞDÜ

DÇ-2026 ən yüksək azarkeş iştirakına görə TARİXƏ DÜŞDÜ

Bakı və Astara sakinlərinin DİQQƏTİNƏ!

Bakı və Astara sakinlərinin DİQQƏTİNƏ!

"Tarazlıq" tarazlığını itirdi – VİDEO

"Tarazlıq" tarazlığını itirdi – VİDEO

Argentina azarkeşləri Buenos-Ayresdə iğtişaşlar törətdilər – VİDEO

Argentina azarkeşləri Buenos-Ayresdə iğtişaşlar törətdilər – VİDEO

Trampın bu davranışı diqqət mərkəzinə düşdü - VİDEO

Trampın bu davranışı diqqət mərkəzinə düşdü - VİDEO

Qızıl UCUZLAŞDI

Qızıl UCUZLAŞDI

End of content

No more pages to load

RADİO