Argentinanın futbol üzrə dünya çempionatının finalında məğlub olmasından sonra paytaxt Buenos-Ayresdə kütləvi iğtişaşlar baş verib.
Bizim.Media xəbər verir ki, yığmanın məğlubiyyətindən narazı qalan azarkeşlər şəhər küçələrinə axışaraq ictimai asayişi pozublar.
Məlumata görə, bəzi ərazilərdə polis və azarkeşlər arasında qarşıdurmalar yaşanıb, küçələrdə barrikadalar qurulub və müxtəlif əşyalara ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanlar və saxlanılanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Bizim.Media