Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?

Azərbaycan qanunvericiliyinə görə, qanunsuz ağac kəsmək, yaşıllıqların məhv edilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Bununla belə, təcrübədə ağacların kəsilməsinə zərurət yaradan hallar da az olmur. Xüsusilə həyətyanı sahə və bağ evlərində.

Maraqlıdır, bəs bu hallarda da ağacların kəsilməsi məsuliyyət yaradır?  

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Meşə Məcəlləsinə əsasən, Azərbaycan ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Aşağıdakı yaşıllıqlar isə meşə fonduna daxil deyil:

- Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; 

- Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;

- Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar;

- Park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar;

- Məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar; 

- Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər, küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar.

Lakin hər bir halda yaşıllıqların kəsilməsinə Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən aşağıdakı hallarda yol verilir:

- Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

- Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;

- Şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma rejimini pozduqda;

- Qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi aparıldıqda;

- Texnogen və ya təbii xarakterli fövqəladə hallar baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

- Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.
 

Digər hallarda isə ağacların kəsilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinə görə, meşəqırma bileti olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, həmçinin digər hallara görə fiziki şəxslər 700 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 4500 manatdan 5500 manatadək məbləğdə cərimə edilir.


Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə isə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat miqdarında cərimə edilir.

Eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslər 2200 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 35000 manat miqdarında cərimə edilir.

Həmçinin sözügedən əməl magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslər 2500 manat, vəzifəli şəxslər 6000 manat, hüquqi şəxslər 40 000 manat miqdarında cərimə edilir. 
 

Eyni əməl su obyektlərinin və su təsərrüfatı obyektlərinin mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslər 3000 manat miqdarında, vəzifəli şəxslər 7000 manat miqdarında, hüquqi şəxslər 45 000 manat miqdarında cərimə edilir.


Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda bu əməm cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinə görə, bu halda cinayət nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə və digər hallarda vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd edilən əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 4 ildən 7  ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Göründüyü kimi, ağac kəsilməsi olduqca ciddi məsuliyyət yaradır. Lakin bu qeyd edilən məsuliyyət tədbirləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsinə şamil olunmur.

Meşə Məcəlləsinə əsasən, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.

Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.

Bir sözlə, həyətyanı və bağ sahələrində ağac kəsmə, məhv etmə və zədələməyə görə inzibati və ya cinayət məsuliyyəti yaranmır. Bir şərtlə ki, həmin ərazilərin xüsusi mülkiyyətdə olmasını təsdiq edən sənədlər olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

End of content

No more pages to load

RADİO