Ukraynanın Donetsk vilayətində yerləşən Drujkovka şəhəri tədricən boşalır və Donbasın müharibədən ən çox zərər görən şəhərlərinin taleyini təkrarlayır.
Bizim.Media xəbər verir ki, şəhər getdikcə Konstantinovka, Baxmut, Uqledar, Çasov Yar və Donbasın digər dağıdılmış yaşayış məntəqələrinin vəziyyətinə yaxınlaşır.
Məlumata görə, davam edən döyüşlər və təhlükəsizliklə bağlı vəziyyət səbəbindən şəhərin əhalisi azalır, yaşayış məntəqəsi isə tədricən boşalır.
Müharibənin nə vaxt başa çatacağı və bu taleyi daha neçə şəhərin yaşayacağı isə hələlik məlum deyil.
Bizim.Media