Şahin Mustafayev İranın neft naziri ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 1-də İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşüb.

Bizim.Media xəbər verir ki, C.Ovci Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə həyata keçirilən uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşdü


İki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu bildirildi, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında mütəmadi təmasların dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

C.Ovci İranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini diqqətə çatdırıb.

Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də tərəflər arasında əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib.

Bu baxımdan iki ölkə arasında martın 11-də imzalanmış İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb.
Neft-qaz sahəsində uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub, enerji sektorunda həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

"Qızlarınıza cehiz verməyin" – VİDEO

"Qızlarınıza cehiz verməyin" – VİDEO

Gündə 13 saat hazırlaşaraq 400 tam bal TOPLADI

Gündə 13 saat hazırlaşaraq 400 tam bal TOPLADI

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

End of content

No more pages to load

RADİO