MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

"Təkcə mövzuları oxumaq kifayət deyil, yüksək nəticə üçün testlərlə davamlı işləmək vacibdir".

Bizim.Media xəbər verir ki, bu sözləri MİQ imtahanında ingilis dili (rus sektoru) üzrə 90 bal toplayan namizəd Könül Bəşirli AzEdu.az-a açıqlamasında bildirib.

"İngilis dili (rus sektoru) üzrə MİQ imtahanında 90 bal topladım. Bu, imtahanda ilk iştirakım deyil. Əvvəlki illərdə də iştirak etmişəm və 80-dən yuxarı bal toplamışdım. 

Bu dəfə də nəticəmdən razıyam. İmtahan sualları ümumilikdə normal səviyyədə idi. İngilis dili üzrə suallar mənə rahat gəldi, lakin kurikulum hissəsində daha düşündürücü və nisbətən çətin suallar var idi.

İmtahana əsasən özüm hazırlaşmışam. Son iki ay ərzində isə bəzi mövzular üzrə müəllimlərlə təkrar məşğələlər keçmişəm. Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində almışam, magistratura təhsilim yoxdur.

Mənə görə, yüksək nəticə əldə etməyin əsas şərtlərindən biri sistemli hazırlıq və təcrübədir. Namizədlər yalnız mövzuları oxumaqla kifayətlənməməli, mütləq test tapşırıqları üzərində davamlı işləməlidirlər. Test praktikası həm bilikləri möhkəmləndirir, həm də imtahan zamanı vaxtın düzgün idarə olunmasına kömək edir.Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı məktəblərində davam etdirmək istəyirəm".

MİQ imtahanında ingilis dili fənni üzrə 90 bal toplayan namizəd Şəhla Tatarayeva AzEdu.az-a açıqlamasında bildirib ki, bu nəticəyə görə çox sevinir:

"Düşünürəm ki, bu, illərin zəhmətinin və davamlı əməyin bəhrəsidir. İngilis dilini uşaqlıqdan çox sevmişəm və bu gün yüksək nəticə göstərən namizədlər sırasında olmaq mənim üçün qürurvericidir. İxtisas üzrə 40 sualın hamısını düzgün cavablandırmışam.

Bu, MİQ imtahanında ilk iştirakım idi. Ümumilikdə suallar sadə, orta və çətin səviyyələrdə tərtib olunmuşdu. İxtisas sualları mənə çətin gəlmədi, lakin kurikulum sualları kifayət qədər düşündürücü idi və çox vaxt aparırdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. Artıq 10 ildir ki, kurslarda və fərdi qaydada pedaqoji fəaliyyətlə məşğulam. Mənə görə, yüksək nəticənin əsas sirri davamlı çalışmaq və təcrübə qazanmaqdır. 

Əlbəttə, illərin təcrübəsi mənə bu nəticəni əldə etməkdə kömək etdi. Ancaq bu, o demək deyil ki, universiteti yeni bitirən məzunlar yüksək bal toplaya bilməzlər. Onlar da hər gün öz üzərlərində işləsələr və məqsədyönlü hazırlaşsalar, uğur qazana bilərlər. Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı məktəblərində davam etdirmək istəyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

End of content

No more pages to load

RADİO