Gündə 13 saat hazırlaşaraq 400 tam bal TOPLADI

Ali məktəblərə qəbul imtahanında III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərənlərdən biri Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Aydan İxtiyar qızı Məmmədovadır. O, qəbul imtahanında 400 bal toplayıb.

Bizim.Media xəbər verir ki, maksimum nəticə göstərən məzun AZƏRTAC-a müsahibəsində uğurunun əsasında intizamlı və sistemli hazırlıq dayandığını bildirib. 

“Gün ərzində orta hesabla 12-13 saat hazırlaşırdım, qısa fasilələr edirdim. Uğur qazanmağımda ən böyük ilham mənbəyim valideynlərimin mənə olan sonsuz inamı, güvəni və dəstəyi olub”, - deyə müsahibimiz qeyd edib.

Aydan Məmmədova imtahan nəticəsini öyrəndiyi an yaşadığı hisslərdən də söz açıb:

“400 bal topladığımı valideynlərimə böyük sevinclə söylədim. Yanımda anam olduğu üçün sevincimi öncə onunla bölüşdüm, atama isə zəng vuraraq bildirdim. Valideynlərimin sevincinin həddi-hüdudu yox idi, sanki qanad açıb uçurdular”.

Məzun hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istədiyini bildirib:

“Hələlik universitet seçimi ilə bağlı yekun qərar verməmişəm. Hüquqşünaslıq sahəsini seçməyimin əsas səbəbi atamın gəncliyində bu peşəyə xüsusi maraq göstərməsi və onu əlçatmaz arzu kimi görməsi olub. Bu, məndə də həmin ixtisasa böyük maraq oyadıb”.

Hazırlıq dövründə xüsusi çətinlik çəkdiyi fənnin olmadığını deyən müsahibimiz tarix fənninə daha ehtiyatla yanaşdığını vurğulayıb. O bildirib ki, sistemli və planlı çalışması, zəif olduğu mövzuları müəyyənləşdirərək onların üzərində işləməsi bu sahədə uğur qazanmasına kömək edib.
 

Aydan Məmmədova əldə etdiyi nailiyyətdə müəllimlərinin və məktəbinin də mühüm payı olduğunu qeyd edib. Onun sözlərinə görə, başda məktəbin direktoru olmaqla, Kür qəsəbə orta məktəbinin müəllim kollektivi ona hər zaman etimad göstərib və hərtərəfli dəstək olub.
Məktəbin hər il təhsil sahəsində uğurlu nəticələrə imza atdığını vurğulayan məzun bu ənənənin davam edəcəyinə əminliyini ifadə edib.


Yüksək bal toplayan abituriyent məktəb illərində bir sıra mühüm uğurlara imza atıb. O, IX sinifdən etibarən respublika fənn olimpiadalarında iştirak edib. Azərbaycan dili fənni üzrə IX, X və XI siniflərdə medal qazanaraq üçqat respublika fənn olimpiadası mükafatçısı olub.

Qeyd edək ki, Aydan Məmmədova buraxılış imtahanında 279,6 bal toplayıb. Beləliklə, onun ümumi nəticəsi 679,6 baldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

End of content

No more pages to load

RADİO