Litva, Malta və Albaniya liderlərindən İlham Əliyevə təbrik məktubu

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident. 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırır, möhkəm birlik və uğurlar arzulayıram. 

Sevindirici haldır ki, ötən ay Azərbaycana rəsmi səfərim zamanı Sizinlə görüşmək və ölkələrimiz üçün önəmli olan təhlükəsizlik, siyasi və iqtisadi məsələləri, həmçinin ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etmək imkanım oldu. Fürsətdən istifadə edərək göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm, eləcə də xanımım Diananın Mehriban xanım Əliyevaya ən xoş arzularını və minnətdarlığını çatdırıram. 

Azərbaycan Litvanın Qafqazda önəmli tərəfdaşıdır. Qafqazda sülh, sabitlik və iqtisadi inkişaf region ölkələrinin, eyni zamanda, Litvanın və Avropa İttifaqının ümumi maraqlarına uyğundur. 

Rusiya-Ukrayna müharibəsi zamanı Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xüsusilə vacibdir. Mən çox ümid edirəm ki, biz bu mübarizədə Ukraynanı dəstəkləyəcəyik. 

Biz Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edirik və buna görə əməkdaşlığımızı daha da inkişaf etdirməkdə maraqlıyıq. Biz, həmçinin nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, innovasiya və təhsil sahələrində qarşılıqlı faydalı əlaqələrimizi genişləndirə bilərik. 
Bu xoş fürsətdən istifadə edərək, Sizi Litvaya səfərə dəvət etmək istəyirəm. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizi və xalqlarımız arasındakı əlaqələri daha da genişləndirməyə və gücləndirməyə kömək edəcəkdir. 

Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. 

Xahiş edirəm, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul edəsiniz". 

XXX 

Həmçinin Malta Prezidenti Corc Vella Prezident İlham Əliyevə təbrik ünvanlayıb. 

Təbrik məktubunda deyilir: 

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırıram. 

Əminəm ki, Malta Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim münasibətlərimiz ikitərəfli səviyyədə, həmçinin Avropa İttifaqı və Şərq Tərəfdaşlığı dialoqu çərçivəsində regional və çoxtərəfli müstəvidə strateji yaxınlaşma üçün imkanlar yaradır. Əminəm ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqı ilə onun Şərqdən olan tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha yaxın əməkdaşlıq üçün nadir platforma olaraq qalacaqdır. 

Beynəlxalq aləmin dünya nizamının təməl prinsiplərinə təsir göstərən problemlərlə üz-üzə qaldığı bir vaxtda qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli üçün birgə fəaliyyət göstərmək indi həmişəkindən daha vacibdir. 
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram. 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". 

XXX 

Albaniya Respublikasının Prezidenti İlir Meta da Prezident İlham Əliyevə təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir: 

"Milli bayramınız - Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ürəkdən gələn səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. 

Bu əlamətdar gündə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin yüksək səviyyədə inkişafını qeyd etməkdən çox şadam. Həmçinin bildirmək istəyirəm ki, bizim birgə səylərimiz və iştirakımızla ikitərəfli əməkdaşlıq münasibətləri gələcəkdə daha da inkişaf edəcək və güclənəcəkdir. 

Məni iyun ayında ölkənizə səfərə dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Bu xoş fürsətdən istifadə edərək, TAP və İAP layihələrinin Albaniyada uğurlu icrasına göstərdiyiniz dəstəyə görə bir daha təşəkkür edirəm. 
Xüsusilə bu gün Avropada təhlükəsizliyə, sabitliyə və sülhə açıq təhdidlərin olduğu bir vaxtda bu layihələr daha böyük əhəmiyyət kəsb edir. Çünki bu layihələr ölkəmizi nəinki dünya enerji sisteminin mühüm seqmentinə, eləcə də regionun və Avropanın bu günü və gələcəyi üçün alternativ enerji mənbəyinə çevirib. 

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycana və onun xalqına daha böyük inkişaf və firavanlıq arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

"Qızlarınıza cehiz verməyin" – VİDEO

"Qızlarınıza cehiz verməyin" – VİDEO

Gündə 13 saat hazırlaşaraq 400 tam bal TOPLADI

Gündə 13 saat hazırlaşaraq 400 tam bal TOPLADI

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

End of content

No more pages to load

RADİO