Azərbaycan Serbiya ilə Saziş imzaladı - FOTO

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə baş tutan görüşdə Azərbaycandan təbii qaz və neftin tədarükü, həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı müzakirələr aparılıb. 

Bu layihə vasitəsilə Xəzər dənizinin nəhəng külək enerjisi potensialı hesabına Avropaya “yaşıl” enerjinin ixracının mümkünlüyündən bəhs edilib. 

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Xəzər dənizinin külək enerjisindən istifadə investorların marağındadır və tezliklə bu istiqamətdə imzalanacaq müqavilə "yaşıl" elektrik enerjisinin ixrac imkanlarını artıracaq.

Tədbir çərçivəsində Serbiyanın baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç ilə də görüş olub.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin interkonnektorlarla şaxələndirilməsinin Serbiya və Balkan ölkələri, eləcə də təchizatçı kimi Azərbaycan üçün əhəmiyyətli olduğu vurğulanıb. Cənub Qaz Dəhlizinə Serbiyanın inteqrasiyasına imkan yaradacaq Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərindən, eləcə də Serbiya- Rumıniya və digər interkonnektorlardan bəhs edilib.

Görüşdə təbii qazla yanaşı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilib.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb.

Sazişi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Serbiya tərəfindən isə bu ölkənin baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç imzalayıb.
Hər iki ölkənin enerji və təbii ehtiyatların potensialından rasional istifadə etmək məqsədi daşıyan bu saziş energetika sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri, eləcə də mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəddə, həmçinin Cənub Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün əməkdaşlığın davam etdirilməsi öz əksini tapır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO