Qarabağ münaqişəsinin həll edilməsi dünya üçün hansı yolları açdı? - TƏHLİL

“Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb. Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

Xəbər verdiyimiz kimi sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib. Yeni dövrdə Azərbaycanı nə gözləyir, Azərbaycan-Türkiyə münasibətləri müstəvisində hansı konfiqurasiyalarının yaranacağı isə maraq doğurmaqdadır.

Bizim.Media-ya cari vəziyyəti şərh edən siyasi ekspert Amid Əliyev qeyd edib ki, II Qarabağ müharibəsində Azərbaycan həm siyasi, həm hərbi, həm də diplomtaik müstəvidə öz qələbəsini təmin edib.

“Bu qələbənin əldə olunmasında Azərbaycanı siyasi cəhətdən tam şəkildə dəstəkləyən dövlət məhz Türkiyə oldu. Azərbaycan-Türkiyə münasibətləri hansısa təmənna və maraqlar üzərində deyil, sırf iki dövlətin və xalqın oryaq maraqları və mənafeləri üzərində qurulmuşdu. Müharibənin gedişində və postmüharibə dövründə Türkiyənin Azərbaycana qarşı olan mövqeyi dəyişməz olaraq qaldı. Bunu bariz nümunəsi kimi, Türkiyə prezidentinin Şuşa səfərini, Füzuli hava limanına ilk xarici qonaq kimi gəlməsini və nəhayət, sonda müttəfiqlik sazişi olan Şuşa bəyannaməsinin imzalanmasını göstərmək olar”.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Mirzəyev Şuşa döyüşlərinin bəzi sirlərini açdı - VİDEO


Qarabağın yenidən qurulmasında Türkiyə şirkətlərinin və iş adamlarının qatqısı göz qabağındadır:

“Son günlər isə aerokosmik və texnoloji nailiyyətləri və yenilikləri özündə ehtiva edən Teknofestin ilk xarici ölkə kimi Azərbaycanda təşkil olunması bir daha onu sübut edir ki, iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsində uğurla davam etdirilir. Türkiyənin regionda artan siyasi və hərbi qüdrəti onun əsas aktor rolunda çıxış etməsini tam şəkildə şərtləndirir. Rusiya- Ukrayna münaqişəsinin tənzimlənməsi, NATO üzvü olan dövlətin vasitəçilik missiyasının uğurla icra edilməsi Türkiyənin mövqeyini daha da gücləndirir. Türkiyə və Ermənistan arasında siyasi və diplomatik münasibətlərin normallaşması fonunda məhz Azərbaycanın maraq və mənafelərinin qorunmasının Türkiyə tərəfindən ifadə edilməsi iki ölkə arasında münasibətlərin eyni zamanda diplomatik səviyyədə də yüksələn xətt üzrə inkişafına dəlalət edir”.

Türkiyə prezidenti tərəfindən Azərbaycanın Qafqazda artan mövqeyini dəstəkləyən bəyanatların verilməsi heç də tasadüfi deyildir:
 

“Yeni şəaritdə Azərbaycan Qafqazda, xüsusilə də Ermənistanla münasibətdə siyasi, iqtisadi, hərbi və diplomatik sahədə şərtləri müəyyən və diktə edən tərəfdir.


Azərbaycanın etibarlə tərəfdaş olması artıq dünya ölkələri tərəfindən etiraf və qəbul olunur. Bu işdə Türkiyə daima Azərbaycanın haqlı və dürüst mövqeyini dəstəkləyib. Bu da iki qardaş dövlətlər arasında ortaq mənafelərin və maraqların olmasını göstərir. Bu gün Azərbaycan Qarabağda geniş şəkildə yenidənqurma və bərpa işlərini həyata keçirir. Yeni infrastruktur obyektləri, nəqliyyat qovşaqları, enerji mənbələri, turizm mərkəzləri və məskunlaşma siyasəti uğurla icra olunur. Bu onun göstəricisidir ki, Azərbaycan bölgədə əldə olunmuş sülhün qorunmasının tərəfdarıdır”.

Amid Əliyev bildirir ki, Türkiyə bu məsələdə sülhün qorunmasının qarantı rolunda çıxış edir:
 

“Azərbaycanın başladığı yenidənqurma işləri Türkiyə tərəfindən tam dəstəklənir. Ermənistanla sülh müqaviləsinin hazırlanması və imzalanması məsələsi, sərhədlərin delimitasiya və demarkasiyası və digər mühüm məqamlar hər iki ölkə başçısının gündəliyində olan əsas məsələlərdir.


Türkiyə XİN rəsmi şəkildə Azərbaycanın mövqeyini bütün müstəvilərdə müdafiə edir. Bunlar onu deməyə əsas verir ki, qardaşlıq münasibətləri müttəfiqlik münasibətlərinə qədər inkişaf edən Türkiyə və Azərbaycanın gələcək münasibətləri məhz bu elementlər üzərində daha da inkişaf edəcəkdir. Qarşılıqlı və ortaq hərbi-siyasi, iqtisadi-sosial, mədəni- elmi və tarixi elementlər iki ölkəni dövlət siyasətinin əsas xəttini təşkil edəcək və bu hələ uzun illər də belə qalacaq”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

MİQ-də 90 bal topladılar - Hər ikisinin hədəfi Bakı məktəbləridir

"Qızlarınıza cehiz verməyin" – VİDEO

"Qızlarınıza cehiz verməyin" – VİDEO

Gündə 13 saat hazırlaşaraq 400 tam bal TOPLADI

Gündə 13 saat hazırlaşaraq 400 tam bal TOPLADI

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

End of content

No more pages to load

RADİO