İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlanıb və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edilib.
Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirib, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olunub.

Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd edib və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirib.

Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edilib, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirilib.
Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi

İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi

Rusiya cəbhədə geri çəkildi: ərazi itkiləri artır

Rusiya cəbhədə geri çəkildi: ərazi itkiləri artır

Baş Prokurorluqdan ölü doğulan körpənin zirzəmiyə atılması iddiası ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan ölü doğulan körpənin zirzəmiyə atılması iddiası ilə bağlı AÇIQLAMA

Azərbaycan və Almaniya prezidentlərinin görüşündən kadrlar– VİDEO

Azərbaycan və Almaniya prezidentlərinin görüşündən kadrlar– VİDEO

Almaniya və Böyük Britaniya 2000 km mənzilli qanadlı raket HAZIRLAYIR - Rusiyaya qarşı...

Almaniya və Böyük Britaniya 2000 km mənzilli qanadlı raket HAZIRLAYIR - Rusiyaya qarşı...

Əhaliyə ŞAD XƏBƏR - Özəl bağçalarda təhsil haqqının 70%-ni dövlət ödəyəcək - VİDEO

Əhaliyə ŞAD XƏBƏR - Özəl bağçalarda təhsil haqqının 70%-ni dövlət ödəyəcək - VİDEO

Ali Məhkəmədən işəgötürənlərə XƏBƏRDARLIQ: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!

Ali Məhkəmədən işəgötürənlərə XƏBƏRDARLIQ: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!

“Qızıl top”un əsas favoritlərinin yeni reytinqi açıqlandı - ADLAR

“Qızıl top”un əsas favoritlərinin yeni reytinqi açıqlandı - ADLAR

Rusiyadan Zaporojyeni BOMBALADI – Ölən və yaralılar var – VİDEO

Rusiyadan Zaporojyeni BOMBALADI – Ölən və yaralılar var – VİDEO

Məşğulluqla bağlı 2030-cu il HƏDƏFLƏRİ – Fermerlər üçün hansı yeniliklər OLACAQ?

Məşğulluqla bağlı 2030-cu il HƏDƏFLƏRİ – Fermerlər üçün hansı yeniliklər OLACAQ?

Yusif Seyidova icra hakimiyyətində YÜKSƏK VƏZİFƏ VERİLDİ – FOTO

Yusif Seyidova icra hakimiyyətində YÜKSƏK VƏZİFƏ VERİLDİ – FOTO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi – VİDEO

Rihannanın "Makarena" rəqsi sosial şəbəkələrdə viral oldu – VİDEO

Rihannanın "Makarena" rəqsi sosial şəbəkələrdə viral oldu – VİDEO

Ev tikdirənlər üçün vacib məsləhət:Pulu əvvəlcədən verməyin, yoxsa...

Ev tikdirənlər üçün vacib məsləhət:Pulu əvvəlcədən verməyin, yoxsa...

Ronaldo və Corcina su altında belə rəqs etdilər – FOTO-VİDEO

Ronaldo və Corcina su altında belə rəqs etdilər – FOTO-VİDEO

Məşhur şahmatçı Macarıstan prezidenti olmaqdan imtina etdi

Məşhur şahmatçı Macarıstan prezidenti olmaqdan imtina etdi

Cəlilabadda ağır yol qəzası - Yaralılar var

Cəlilabadda ağır yol qəzası - Yaralılar var

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı– Foto

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı– Foto

Arıqlama iynələri haqqında bilinməyən FAKTLAR: Möcüzəvi müalicə yoxsa müvəqqəti həll?

Arıqlama iynələri haqqında bilinməyən FAKTLAR: Möcüzəvi müalicə yoxsa müvəqqəti həll?

Sırski: “Mən Müdafiə Nazirliyi ilə deyil, Rusiya ilə mübarizə aparıram”

Sırski: “Mən Müdafiə Nazirliyi ilə deyil, Rusiya ilə mübarizə aparıram”

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - FOTO

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - FOTO

35 yaşlı aktrisanın müəmmalı ÖLÜMÜ - FOTO

35 yaşlı aktrisanın müəmmalı ÖLÜMÜ - FOTO

Azərbaycan və Almaniya arasında bəyannamə imzalanacaq

Azərbaycan və Almaniya arasında bəyannamə imzalanacaq

Hacıqabul Sənaye Parkında istehsal olunan avtomobil modelləri – SİYAHI – FOTO

Hacıqabul Sənaye Parkında istehsal olunan avtomobil modelləri – SİYAHI – FOTO

End of content

No more pages to load

RADİO