Məşğulluqla bağlı 2030-cu il HƏDƏFLƏRİ – Fermerlər üçün hansı yeniliklər OLACAQ?

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Tədbirlər planında nələr öz əksini tapıb ?

“Tədbirlər Plan”nda bir sıra strateji layihələr nəzərdə tutulub. Məsələn, regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili planlaşdırılır

Tədbirlər Planına əsasən, ilkin nəticə olaraq təlim ehtiyaclarının öyrənilməsi, aralıq nəticə olaraq təlimlərin təşkili, yekun nəticə olaraq isə təlimdə iştirak edən şəxslər, xüsusilə gənclər arasında işlə təmin olunanların sayının artırılması nəzərdə tutulur.
 

Bundan başqa, çevik iş rejiminə də yaşıl işıq yandırılır. Bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın təmin edilməsinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir.


Nəzərə alaq ki, beynəlxalq praktikada çevik iş vaxtı rejimi adətən əsas (məcburi) iş saatları, çevik giriş-çıxış intervalları (məsələn, 06:00-10:00, 15:00-20:00) və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. Bununla yanaşı, konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri hər bir ölkənin milli qanunvericiliyi və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

“Tədbirlər Planı”nın icrası nəticəsində hansı yeniliklər olacaq?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədr Sahib Məmmədov deyir ki,30 oktyabr 2019-cu ildə qəbul olunmuş Məşğulluq Strategiyasının ikinci tədbirlər planı- “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib:

“Sənəddə əmək bazarının yaxşılaşdırılması üçün 50 tədbir nəzərdə tutulub. Ümumilikdə Tədbirlər Planı 6 bölmədən ibarətdir. Sənəddə bir sıra yeniliklər və aktual məsələlər yer alıb.

Məsələn, sənəddə məşğulluq yönümlü iqtisadiyyatın inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsində normativ hüquqi bazanın və instisional strukturun təkmilləşdirilməsi, işçi qüvvələrinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qrşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırma sisteminin inkişafı bölmələr var.

Bu bölmələrdə də xeyli layihənin icrası nəzərdə tutulub. Xüsusən yeni təhsil metodlarına, dual təhsil sisteminin inkişafına önəm verilib. Regionlarda əhalinin məşğulluğu ilə bağlı əlavə tədbirlərin görülməsi, o cümlədən aktiv məşğulluq proqramlarının inkişafı, özünüməşğulluq proqramı çərçivəsində təklif olunan aktivlərin tərkibinə yenidən  baxılması kimi bir sıra vacib məsələlər sənəddə yer alıb”.

Müsahibimiz Tədbirlər Planında fermerlərlə bağlı öz əksini tapan hədəflərdən də söz açıb:

“Məsələn, bu bir reallıqdır ki, kəndli məhsul yetişdirir, amma onu çox ucuz qiymətə satır. Lakin mərkəzi bazarlarda həmin məhsullar 10 dəfə baha qiymətə satılır. Fermer məhsulunu saxlamağa yer tapmır və yaxud anbar qiymətləri çox bahadır.

Şəhərlərdə təşkil olunan yarmarkalar özünü doğrultmur, logistika xərcləri bahadır. Bax, yeni sənəddə bu tip problemlərin həlli yolları təklif edilir. Tədbirlər Planının əsas icraçısı ƏƏSMN-dir. Amma digər nazirliklərin də üzərinə müəyyən vəzifələr qoyulub. Nəzərdə tutulan işlər vaxtında icra olunsa, tezliklə müsbət nəticələr görə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO