Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "Toyota Prado" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu