Rusiya Silahlı Qüvvələri Zaporojye şəhərini idarəolunan aviasiya bombaları (KAB) ilə atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Hücum nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.
"İdarəolunan aviasiya bombaları vilayət mərkəzinin yaşayış məntəqələrinə düşüb. Binalara və qeyri-yaşayış sahələrinə ciddi ziyan dəyib, ərazidə yanğınlar baş verib", – deyə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
Hadisə yerinə dərhal xilasedicilər, tibb işçiləri və təcili xidmət əməkdaşları cəlb olunub.
Dağıntılar altından insanların xilas edilməsi və yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.
Bizim.Media