Ali Məhkəmədən işəgötürənlərə XƏBƏRDARLIQ: “İşçi xəbər verməmişdi” bəhanəsi keçərsizdir!

Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun təşəbbüsündən və ya müraciətindən asılı deyil.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, əmək qanunvericiliyi işəgötürəndən işçinin əmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmağı, o cümlədən işçinin əmək təminatlarının tətbiqini tələb edir.

Bəzən işəgötürənlər işçinin əlilliyi və ya digər xüsusi statusu barədə məlumat vermədiyini, yaxud müvafiq sənədləri təqdim etmədiyini əsas gətirərək həmin təminatların tətbiq edilməməsini əsaslandırmağa çalışırlar. Lakin bu yanaşma əmək qanunvericiliyinin məqsədlərinə uyğun deyil.
 

Ali Məhkəmə tərəfindən baxılmış əmək mübahisəsində məhkəmələr işçinin ikinci qrup əlilliyi olduğu halda onun uzun müddət ərzində həftədə 40 saat işlədiyini müəyyən etmişlər. Halbuki əmək qanunvericiliyinə əsasən, belə işçilər üçün həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır.


İşəgötürən işçinin əlilliyi barədə məlumatsız olduğunu bildirmiş, lakin məhkəmələr tərəfindən bu arqument əsaslı sayılmamış və işçiyə qanunla müəyyən edilmiş normadan artıq işlədiyi saatlara görə əlavə əmək haqqı ödənilməsi barədə tələb təmin edilmişdir.

İşçi hüquqi biliklərinin məhdud olması səbəbindən qanunvericiliyin ona verdiyi bütün əmək hüquqlarını və təminatları bilməyə, hətta müəyyən hüquqi statusa malik olmasına baxmayaraq, bunun əmək münasibətlərində hansı hüquqi nəticələr doğurduğundan xəbərsiz ola və işəgötürəndən hansı təminatları tələb etmək hüququnun olduğunu bilməyə bilər.

İşəgötürən isə əmək münasibətlərində təşkilati, hüquqi və informasiya baxımından daha güclü tərəfdir. O, peşəkar idarəetmə imkanlarına, insan resursları xidmətinə və hüquqşünas dəstəyinə malik olmaqla əmək qanunvericiliyinin tələblərini bilməli və tətbiq etməlidir.
 

Əmək qanunvericiliyi məhz işçinin əmək münasibətlərində daha zəif tərəf olmasını nəzərə alaraq işəgötürənin üzərinə pozitiv öhdəlik qoyur. Belə ki, qanunla nəzərdə tutulmuş təminatların tətbiqi işəgötürənin aktiv davranışını tələb edir.


Bunun üçün işəgötürən əmək müqaviləsi bağlanarkən və əmək münasibətləri dövründə işçinin hüquqi statusunu müəyyən etməli, bununla bağlı zəruri məlumatları toplamalı və qanunvericilikdən irəli gələn təminatları tətbiq etməlidir. İşçinin bunu xatırlatmaması və ya ayrıca tələb etməməsi həmin öhdəlikləri aradan qaldırmır.

Beləliklə, "işçi bizə məlumat verməmişdi" və ya "sənəd təqdim etməmişdi" kimi arqumentlər işəgötürənin əmək qanunvericiliyindən irəli gələn öhdəliklərini aradan qaldırmır.

Bu baxımdan işə qəbul zamanı işəgötürənin aşağıdakı məsələləri dəqiqləşdirməsi mühüm əhəmiyyət kəsb edir:

• işçinin əlilliyi və ya qanunla əmək təminatları yaradan digər statuslarının olub-olmaması;

• həmin halları təsdiq edən sənədlərin mövcudluğu;

• müəyyən edilmiş statusa uyğun olaraq iş vaxtının, məzuniyyət hüquqlarının və digər əmək təminatlarının düzgün tətbiqi.

İşəgötürənin qanunla nəzərdə tutulmuş təminatları vaxtında və düzgün tətbiq etməsi həm işçilərin hüquqlarının, sosial ədalətin təmin edilməsinə, həm də gələcək əmək mübahisələrinin qarşısının alınmasına xidmət edir.

1. Ali Məhkəmə: İşçinin əmək təminatlarının tətbiqi işəgötürənin aktiv öhdəliyidir

2. "İşçi məlumat verməmişdi" və ya "işçi sənəd təqdim etməmişdi" kimi arqumentlər işəgötürənin öhdəliyini aradan qaldırmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO