İlham Əliyev: "Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin" - VİDEO

"İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir. Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar. Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib"


"Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər.

Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb.

İndi mən ad çəkmək istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik. Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər.

Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox!

Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar.
 

Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik.


Amma Naxçıvanı qazsız qoyan o hadisəni heç vaxt unutmamışıq. Biz 2005-ci ildə İranla razılaşma əsasında İrandan Naxçıvana qaz çəkdik və Astaradan İran Astarasına qaz xətti çəkdik və svop əməliyyatları keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan belə təmin edilir, İrandan qaz alır. Amma bizim qazımız kəsilmişdir, bizim suyumuz kəsilmişdir", - Prezident İlham Əliyev qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanır

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanır

Nigar Rüstəmliyə yüksək vəzifə verildi

Nigar Rüstəmliyə yüksək vəzifə verildi

Konfrans Liqası: “Neftçi” bu gün Belarus klubunu qəbul edəcək

Konfrans Liqası: “Neftçi” bu gün Belarus klubunu qəbul edəcək

Belarus Ukrayna sərhədinə xüsusi təyinatlı qüvvələr göndərdi

Belarus Ukrayna sərhədinə xüsusi təyinatlı qüvvələr göndərdi

ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi

ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi

28 dəqiqədə milyonlar qazandılar - Fotolar

28 dəqiqədə milyonlar qazandılar - Fotolar

151 illik YOL: Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsində

151 illik YOL: Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsində

ABŞ Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımı dayandırdı

ABŞ Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımı dayandırdı

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzətdi - VİDEO

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzətdi - VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir

İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

Ukrayna "Wildberries"in daha bir anbarına ZƏRBƏ ENDİRDİ - VİDEO

Ukrayna "Wildberries"in daha bir anbarına ZƏRBƏ ENDİRDİ - VİDEO

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Xəzər dənizində 2 nəfər xilas edildi

Xəzər dənizində 2 nəfər xilas edildi

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

End of content

No more pages to load

RADİO