Rusiyada Wildberries şirkətinin ən böyük logistika anbarlarından biri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, şahidlərin sözlərinə görə, hadisə zamanı 20–30 partlayış səsi eşidilib. Bildirilir ki, həyəcan siqnalı insidentdən sonra cəmi iki dəqiqəlik işə salınıb.
Məlumata əsasən, partlayışlardan sonra logistika mərkəzinin əməkdaşları təxliyə edilib. Reuters agentliyi qeyd edir ki, Wildberries-in fəaliyyətində uzunmüddətli fasilə yaranacağı təqdirdə, bunun təsiri Rusiya üzrə milyonlarla istifadəçi və 1 milyondan çox satıcı tərəfindən hiss oluna bilər.
Xatırladaq ki, ötən həftə Wildberries-in Moskvadakı anbarına da PUA zərbəsi endirilmişdi.

Bizim.Media