Dəşkəsəndə mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.
2003-cü il təvəllüdlü Vüsal Əsgərov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu