ABŞ administrasiyası Konqres tərəfindən Ukrayna üçün təsdiqlənmiş əlavə 400 milyon dollarlıq hərbi yardımın Kiyevə verilməsindən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə İllinoys ştatından senator Dik Durbin məlumat verib.
Onun sözlərinə görə, ABŞ administrasiyası qanunvericilərə vəsaitin əhəmiyyətli hissəsinin növbəti ABŞ prezidenti hakimiyyətə gələnədək əlçatan olmayacağını bildirib.
Durbin qeyd edib ki, mövcud ödəniş planına əsasən, bu vəsaitlərin 2029-cu maliyyə ilində xərclənməsi nəzərdə tutulur və bununla bağlı qərarı artıq yeni prezident verəcək.
Bizim.Media