Prezidentdən “Bayraktar” açıqlaması: "Biz istifadə edəndə ölüm silahı, indi isə mələk adlandırırlar"

"İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, dünyada ərzaq qıtlığı ola bilər, ərzaq qiymətləri qalxır:

"Biz bu gün bu haqda da danışacağıq. Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik.

Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir.

İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir.

Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər.

Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq.
Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur.

Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq.

Ona görə bir daha demək istəyirəm ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər. Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib.

Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin.
Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH ABŞ-ın Küveytdəki bazasını belə vurdu – VİDEO

SEPAH ABŞ-ın Küveytdəki bazasını belə vurdu – VİDEO

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Nigar Rüstəmliyə yüksək vəzifə verildi

Nigar Rüstəmliyə yüksək vəzifə verildi

Konfrans Liqası: “Neftçi” bu gün Belarus klubunu qəbul edəcək

Konfrans Liqası: “Neftçi” bu gün Belarus klubunu qəbul edəcək

Belarus Ukrayna sərhədinə xüsusi təyinatlı qüvvələr göndərdi

Belarus Ukrayna sərhədinə xüsusi təyinatlı qüvvələr göndərdi

ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi

ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi

28 dəqiqədə milyonlar qazandılar - Fotolar

28 dəqiqədə milyonlar qazandılar - Fotolar

151 illik YOL: Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsində

151 illik YOL: Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsində

ABŞ Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımı dayandırdı

ABŞ Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardımı dayandırdı

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzətdi - VİDEO

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzətdi - VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran hədəfləri belə vuruldu – VİDEO

İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir

İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

Ukrayna "Wildberries"in daha bir anbarına ZƏRBƏ ENDİRDİ - VİDEO

Ukrayna "Wildberries"in daha bir anbarına ZƏRBƏ ENDİRDİ - VİDEO

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Xəzər dənizində 2 nəfər xilas edildi

Xəzər dənizində 2 nəfər xilas edildi

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

End of content

No more pages to load

RADİO