XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

Azərbaycan Xarici İşlər Nazirliyi 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"31 mart tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı Günüdür.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.

Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.
Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.
Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər davam etdirildi. Ermənistanın özündə və Azərbaycanın işğal olunmuş ərazilərində bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı oldu.

Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı.

Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq.

Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir.
Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq".

[1] Stepan Şaumyan. Seçilmiş əsərləri, 2-ci Hissə, Moskva, 1978-ci il. səh 259-260

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI

Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirildi – FOTO

Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirildi – FOTO

Azərbaycanda bu peşələrə tələbat ARTIR - 8 aya iş sahibi olmaq mümkün olacaq

Azərbaycanda bu peşələrə tələbat ARTIR - 8 aya iş sahibi olmaq mümkün olacaq

ABŞ Senatında Pit Heqsetə etiraz etdilər: “Əlləriniz qan içindədir” – VİDEO

ABŞ Senatında Pit Heqsetə etiraz etdilər: “Əlləriniz qan içindədir” – VİDEO

Tehran və Paris arasında diplomatik qalmaqal: Fransalı diplomatlar dindirildi

Tehran və Paris arasında diplomatik qalmaqal: Fransalı diplomatlar dindirildi

Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Doğulmamış körpələrini itirdilər - FOTO

Doğulmamış körpələrini itirdilər - FOTO

İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatdı – VİDEO

İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatdı – VİDEO

Rusiya Afrikada muzdlu döyüşçüləri necə cəlb edir? – Müharibənin acı reallığı - FOTO

Rusiya Afrikada muzdlu döyüşçüləri necə cəlb edir? – Müharibənin acı reallığı - FOTO

Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Armavirdə neft bazası yandı – VİDEO

Armavirdə neft bazası yandı – VİDEO

Bu ixtisasları seçənlər işsiz qala bilər

Bu ixtisasları seçənlər işsiz qala bilər

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

End of content

No more pages to load

RADİO