“Rusiya başa düşməlidir ki, indi Çingiz xan dövrü deyil” – Ukraynanın eks XİN başçısı ilə ÖZƏL MÜSAHİBƏ

“Rusiya başa düşməlidir ki, indi Çingiz xan dövrü deyil. Kimisə qorxutmaq üçün atla, bıçaqla danışmaq olmaz.

Bu sözləri Ukrayna-Rusiya müharibəsi ilə bağlı  Ukraynanın ABŞ və Rusiyadakı keçmiş səfiri, eks xarici işlər naziri  və baş nazirinin müavini Konstantin Qrişenko Bizim.Media-ya müsahibəsində bildirib.  

Ukraynanın sabiq XİN başçısının Bizim.Media-ya verdiyi eksklüziv müsahibəsini təqdim edirik: 

- Artıq bir aya yaxındır Ukraynada davam edən müharibə yəqin ki, vətəndən uzaqda olmağınıza baxmayaraq sizi də narahat edir. Bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı.

- Ukraynadakı müharibə təbii ki, məni çox məyus edir. Belə olmasını qətiyyən istəməzdim. Əminəm ki, hazırda Ukraynada olan insanlar da bunu istəmirdilər. Ukraynanın heç vaxt başqa bir ölkənin suverenliyi və ərazi bütövlüyünə qərəzli yanaşması olmayıb. Onlar azad və suveren Ukraynada yaşamaq istəyirlər. Onlar Rusiya malikanəsindən verilən qərarlarla idarə olunmaq istəmirlər. Bu təkcə Ukraynalıların deyil, orada yaşayan rusların və digər xalqların, misal üçün yunanların da arzusudur. Sizə təəccüblü gələ bilər, amma qeyd etmək istərdim ki ,yunanlar Mairupolda böyük etnik qrup şəklində yaşayırlar. Görünür ki ,Rusiya rəhbərliyi müharibədən öncə səhv hesablama aparıb və qeyd etdiyim faktları nəzərə almayıb.

- Cənab Qrişenko, müharibənin gedişi ilə bağlı vurğulmaq istədiyiniz hər hansı bir xüsusi məqam varmı?

- Bu xarici işğala qarşı aparılan klassik müharibədir. Bütün dünyanın gözü qarşısında Ukrayna xalqı əlinə silah alaraq öz vətənini müdafiə etməyə çalışır. Bu sualınıza ən yaxşı cavabı Ukrayna xalqı özü verir. Belarus və Rusiyadan fərqli olaraq Ukrayna oradakı rejimdən narazı deyil və demokratik şəkildə seçdikləri hökumətin tərkibində yaşamaq istəyirlər. Məncə də bu narazı halda yaşayan digər dövlətlərin xalqları ilə müqayisədə azadlığın nə demək olduğunu Ukrayna xalqı fonunda bütün dünyaya göstərir.

- 2008-2010-cu illərdə Ukraynanın Rusiyadakı səfiri olmusunuz və bu da sizə Rusiya siyasətinə daha yaxından bələd olmaq üçün imkan yaradıb.  Sizcə, Vladimir Putin müharibəni nə vaxt dayandıra bilər?

- Rusiyanın Ukraynaya və Postsovet məkanı ölkələrinə münasibəti həmişə eyni olub. Bunu Gürcüstan misalında da görə bilərsiniz. Ukraynada başlatdığı müharibə ilə Rusiya yenidən 90-cı illərin əvvəllərinə qayıtmaq istəyir. Amma halbuki Rusiyanın beynəlxalq hüququn öhdəliklərinə əsaslanan münasibətlər qurmaq imkanı da var idi. Təəssüf ki, onlar bu yolu seçmədilər. Ukrayna sərhədləri ilə bağlı Rusiya ilə danışıqlar apararkən biz ən azı dostluq və qarşılıqlı hörmət əsasında bunu reallaşdıra bilərdik. Ukraynanın yeganə məqsədi ərazi bütövlüyünün qorunması idi və heç bir qərəzli yanaşma nümayiş etdirmirdi.

- Bəs sizcə müharibəni alovlandıran əsas səbəb nə idi?

- Mən şəxsi yanaşmama əsaslanıb deyə bilərəm ki ,Ruslar Sovet İttifaqının yenidən bərpa olunacağına inanırdılar. Onları müharibəyə sürükləyən əsas səbəb də məhz bu idi. Amma mən inanmıram  indi hər hansı bir müstəqil ölkə yenidən Sovet İttifaqının yaranmasını və ora daxil olmağı arzu etsin. Bir məsələ də var ki bir çox ölkələr müharibəyə tandemik deyil, sadə müharibə kimi yanaşırlar. Onlar rus oliqarxlarına qarşı sanksiyalar tətbiq edərək raşizmin güclənməsinin qarşısını alırlar.

- Sanksiyaların yüksələn xətt üzrə artması da buna işarədir?

- Sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını bir növ izləyirlər. Yəni hansı sanksiya öldürücü təsir edir və ya hansı sanksiya səthi xarakter daşıyır və bunları kənardan müşahidə edirlər. Bununla bu kimi müharibələrin bir daha təkrarlanmasının da qarşısını almış olurlar. Reallıq göstərir ki, Rusiya müasir sivilizasiyadan geri qalır.

- Prezident Zelenskinin Rusiyalı jurnalistlərlə keçirilən görüşü hər hansı müsbət dəyişikliklərə yol aça bilərmi?

- Cənab Zelenski Rusiyalı jurnalistlərlə görüşdə müharibənin dayandırılmasının vacibliyini vurğuladı və o söylədi ki, danışıqlara hər zaman açıqdır. Məncə prezidentlərin birbaşa görüşü olsa nəticə əldə oluna bilər. Amma Rusiya başa düşməlidir ki ,indi Çingiz xan dövrü deyil. İndi kimisə qorxutmaq üçün atla bıçaqla danışmaq olmaz. Onlar vaxtilə Çingiz xanın etdiyini etməməlidirlər. Ola bilər ki Ukraynadakı müharibə ilə Rus ədəbiyyatına daha yeni bir müharibə daxil etmək istəyirlər, amma bu uğursuz nəticə verəcək. Bu müharibə ruslara yaxşı heç nə verməyəcək. İstər reallıqda, istərsə də ədəbiyyatda.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI

Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirildi – FOTO

Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirildi – FOTO

Azərbaycanda bu peşələrə tələbat ARTIR - 8 aya iş sahibi olmaq mümkün olacaq

Azərbaycanda bu peşələrə tələbat ARTIR - 8 aya iş sahibi olmaq mümkün olacaq

ABŞ Senatında Pit Heqsetə etiraz etdilər: “Əlləriniz qan içindədir” – VİDEO

ABŞ Senatında Pit Heqsetə etiraz etdilər: “Əlləriniz qan içindədir” – VİDEO

Tehran və Paris arasında diplomatik qalmaqal: Fransalı diplomatlar dindirildi

Tehran və Paris arasında diplomatik qalmaqal: Fransalı diplomatlar dindirildi

Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Doğulmamış körpələrini itirdilər - FOTO

Doğulmamış körpələrini itirdilər - FOTO

İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatdı – VİDEO

İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatdı – VİDEO

Rusiya Afrikada muzdlu döyüşçüləri necə cəlb edir? – Müharibənin acı reallığı - FOTO

Rusiya Afrikada muzdlu döyüşçüləri necə cəlb edir? – Müharibənin acı reallığı - FOTO

Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" – VİDEO

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Armavirdə neft bazası yandı – VİDEO

Armavirdə neft bazası yandı – VİDEO

Bu ixtisasları seçənlər işsiz qala bilər

Bu ixtisasları seçənlər işsiz qala bilər

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

End of content

No more pages to load

RADİO